Bayramda qiymət qaldıranlara qarşı sərt tədbirlər görüləcək

Bayram günlərində Bakıdan rayonlara gedəcək avtobuslarda gediş haqqı biletlərinin qiymətini süni şəkildə artıracaq sürücülərə qarşı sərt tədbirlər görüləcək. Avtosfer.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib. Onun sözlərinə görə, hər il bayram ərəfəsində olduğu kimi, Yeni ildə də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki avtobuslara ciddi nəzarət olunacaq: "Bəzi sürücülərin sərnişin sıxlığından istifadə edərək avtobuslara biletləri süni şəkildə artırmasının bir neçə dəfə şahidi olmuşuq. Ona görə də bu cür addımların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görüləcək. Qiymətləri artıran sürücülər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə bir daha buraxılmayacaq".
Ş.Mehmanqızı bəzi sürücülərin bu kələyinə düşməmək üçün sərnişinləri də diqqətli olmağa çağırıb: "Sərnişinlər çalışsınlar ki, biletləri bayramdan əvvəl alsınlar. Hətta biletləri onlayn şəkildə almaları məsləhətdir. Onlayn bilet alışı sərnişinlərin hər hansı fırıldaqdan sığortalanması deməkdir".
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












