Bərdədə əks yola çıxan motosikletçi ölümə meydan oxudu - VİDEO

Qaydalar 17 İyul 2026 12:00
Bərdədə əks yola çıxan motosikletçi ölümə meydan oxudu   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bərdə rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan motosiklet sürücüsünün görüntüləri sosial şəbəkələrdə yayılıb.

Avtosfer.az-ın məlumatına görə, gənc sürücü motosikletlə hərəkətdə olarkən bir neçə dəfə təhlükəli manevrlər edib. Müxtəlif vaxtlarda qeydə alınan kadrlardan görünür ki, o, əks istiqamətli hərəkət zolağına çıxaraq nəqliyyat axınının əksinə hərəkət edib. Bu zaman həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyaraq qəza şəraiti yaradıb.

Görüntülərdən həmçinin məlum olur ki, sürücü təhlükəsizlik dəbilqəsindən də istifadə etməyib.

Qeyd edək ki, motosikletlə əks istiqamətdə hərəkət etmək və qoruyucu dəbilqədən istifadə etməmək təkcə inzibati məsuliyyət yaratmır, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinin baş verməsi riskini dəfələrlə artırır. Bu cür təhlükəli davranışlar qarşıdan gələn nəqliyyat vasitələrinin sürücüləri üçün gözlənilməz vəziyyət yaradır və faciə ilə nəticələnə biləcək hadisələrə səbəb ola bilər.

Nərmin

Oxunub : 310
ŞƏRH YAZ
Ad

E-mail

Şərh