BNA-dan koronavirusla bağlı daha bir ÇAĞIRIŞ

Son vaxtlar koronavirus infeksiyanın dinamikasında müşahidə olunan kəskin artım hər birimizi ciddi şəkildə narahat etməkdədir. Cəbhədə şanlı Ordumuzun düşmənə qarşı rəşadətlə döyüşdüyü vaxtda epidemiloji vəziyyətin bu formada dəyişməsi heç də arzuolunan deyil. Tibb işçilərinin diqqətinin cəbhəyə yönəldiyi bir dövrdə onları bu vacib missiyadan ayırmaq yolverilməzdir. Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, koronavirusla mübarizə, həm əhalinin, həm də əsgər və zabitlərimizin sağlamlığının qorunması baxımından olduqca strateji əhəmiyyətə malik məsələdir.
Bunun üçün vətəndaşlar koronavirus infeksiyasına laqeyd yanaşmamalı, daha artıq sosial məsuliyyət nümayiş etdirməlidir. İnsanların sıx toplaşdığı məkanlarda, o cümlədən dayanacaqlarda və avtobuslarda mütləq qaydada qoruyucu tibbi maskadan istifadə olunmalıdır. Bu zaman maskadan düzgün istifadə qaydalarına diqqət olunması olduqca vacibdir.
Təəssüflə bildiririk ki, son vaxtlar sərnişinlər arasında tibbi maskadan istifadə olunmaması və ya düzgün istifadə olunmaması halları çoxalıb.
Sərnişinlərdən xahiş edirik ki, dayanacaqlardakı nəzarətçilərin, sürücülərin və dispetçerlərin maskadan istifadə ilə bağlı tələbinə anlayış göstərərək qaydalara əməl etsinlər. Əks halda epidemiloji vəziyyət daha da pisləşə bilər ki, nəticədə ictimai nəqliyyatda əlavə məhdudiyyətlərin tətbiqi istisna edilmir.
Həmçinin bildiririk ki, sərnişindaşımaların yalnız avtobuslarla icra olunduğu indiki vaxtda onların maneəsiz hərəkətini təmin etmək yoluxmanın qarşısının alınması baxımından vacibdir. Ayrıca zolaqların olmaması saat 18:00-dan sonra artan nəqliyyat axını avtobusların tıxacda qalaraq yubanmasına səbəb olur. Gündəlik xəttə adi rejimlə müqayisədə 15% artıq avtobus cəlb olunsa da yollardakı tıxac əlavə çətinliklər yaradır.
Tıxacların azaldılması, sərnişinlərin mənzil başına vaxtında çatması məqsədi ilə tərəfimizdən müvafiq tədbirlər görülsə də bəzi sürücülərin yanlış davranışları məsələni bir qədər çətinləşdirir. Belə ki, sürücülərin bir çox hallarda zolaqların, sarı kəsişmə toru nişanlanmasının tələbinə əməl etməmələri, nasaz avtomobillərdən istifadə sıxlıq və tıxac hallarını daha da artırır.
Qeyd olunanları nəzərə alaraq, bir daha hərəkət iştirakçılarını vətəndaş mövqeyindən çıxış edərək daha çox sosial məsuliyyət nümayiş etdirməyə dəvət edirik. Cəmiyyət olaraq xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı və hər iki cəbhədə, hər iki səngərdə düşmənə fürsət verməməliyik.
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










