Bu cür sürücülərə fikir verməyin: faciə ilə nəticələnə bilər - VİDEO

Yolda hərəkət zamanı yersiz səs və işıq siqnalından istifadə edən sürücülərə tez-tez rast gəlirik. Onlar, bu siqnallardan istifadə edərək svetoforda dayanmış və yaxud üstünlüyə malik olan nəqliyyat vasitəsinə yol verən sürücüləri tələsdirmək məqsədilə verirlər. Bu tip sürücülərdən birinin videogörüntüsü Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, paytaxtın Həsən bəy Zərdabi küçəsində geriyə dönmək istəyən sürücü qarşıdan gələn avtomobillərə yol verir. Bu zaman görüntünü qeydə alan avtomobilin arxasında dayanmış taksi sürücüsü, səs siqnalından və əl işarələrindən istifadə edərək ondan sürməyi tələb edir. Qarşıdakı sürücü buna əhəmiyyət verməyərək səbirli şəkildə gözləyir. Daha sonra geriyə dönərək svetoforun qırmızı işığında dayanır və həmin sürücüyə öz haqlı iradını bildirir.
Sözügedən görüntünü sizə təqdim edirik.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












