Bu halda svetoforun qırmızı işığında hərəkət edə bilərsiniz- VİDEO

Avtomobil yollarında hərəkət edən bəzi sürücülər yol hərəkəti qaydalarını mükəmməl bilmədikləri üçün necə hərəkət etməli olduqlarını bilmirlər. Avtosfer.az xəbər verir ki, bu cür sürücülərə Sumqayıt şəhərində də rast gəlmək olur. Belə ki, təqdim etdiyimiz videoda Heydər Əliyev prospekti ilə hərəkət edən sürücü svetoforun yaşıl işığında yolayrıcına daxil olaraq sola- Lermontov küçəsinə dönür. Bu zaman onun qarşısına 2.5 stop və məcburi hərəkət istiqaməti nişanı çıxır. Sürücülərin əksəriyyəti kəsişmə qarşısında quraşdırılmış dublyor svetoforun yaşıl işığı yandıqdan sonra hərəkət edirlər.
Bəs burada yaşıl işığın yanmasını gözləməsək qaydaları pozmuş sayılırıq?
“Yol Hərəkəti Haqqında Qanun”un 76-cı maddəsinin IV hissəsində qeyd olunub ki, svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır.
Qanunun bu maddəsində aydın şəkildə yazılıb ki, svetoforun yaşıl işığında yolayrıcına daxil olmuş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun (dublyor svetoforun) işığından asılı olmayaraq hərəkətini davam etdirə bilər. Növbəti cümlədə isə yazılıb ki, əgər stop xətt olarsa, sürücü o zaman dayanıb svetoforun icazə siqnalının yanmasını gözləməlidir.
Video qeydə alınan küçədə stop xətt olmadığı və sağda əsas svetofor quraşdırılmadığı üçün stop nişanının yanında dayanıb sağdan gələn nəqliyyat vasitələrinə yol verdikdən sonra həm düzünə, həm sola, həm də geriyə hərəkət etmək olar. Bu vəziyyətdə dublyor svetoforun qırmızı işığı yanarsa qayda pozmuş sayılmırsınız.
Təbriz Yusubov
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












