Bu nəqliyyat vasitələrini DYP yox, FHN qeydiyyata alacaq - YENİLİK

İki gün əvvəl «Yol hərəkəti haqqında» Qanunda dəyişikliklər edilməsi barədə qanun qüvvəyə mindi. Avtosfer.az-ın məlumatına görə, həmin dəyişikliklər Fövqəladə Hallar Nazirliyinin dövlət qeydiyyatına almalı olduğu nəqliyyat vasitələrinin dairəsini dəqiqləşdirilməyə yönəlib. Bu dəyişikliyə uyğyn olaraq, Fövqəladə Hallar Nazirliyi texnoloji nəqliyyat vasitələrini, habelə siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrini dövlət qeydiyyatına alır.
Bu dəyişikliklə texnoloji nəqliyyat vasitələrinə anlayış da verilmişdir: texnoloji nəqliyyat vasitəsi - küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitəsidir.
Lakin texnoloji nəqliyyat vasitəsinə verilən anlayışda qüsura yol verilib. Belə ki, anlayışda texnoloji nəqliyyat vasitələrinin mexaniki nəqliyyat vasitəsi olduğu vurğulanmayıb. Hər kəsə məlumdur ki, ölkəmizdə yalnız mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınır. Ona görə də texnoloji nəqliyyat vasitələrinin mexaniki nəqliyyat vasitələri olduğu vurğulanmalı idi. Onsuz da «Yol hərəkəti haqqında» Qanunun 27-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndindən aydın olur ki, Fövqəladə Hallar Nazirliyi yalnız mexaniki nəqliyyat vasitələrini dövlət qeydiyyatına alır. Mexaniki nəqliyyat vasitələrinə aid edilməyən texnoloji nəqliyyat vasitələri isə onsuz da dövlət qeydiyyatına alınmayacaq.
Beləliklə, Nazirlər Kabinetinin 14 avqust 2008-ci il 187 saylı Qərarı ilə təsdiq edilmiş siyahını da nəzərə aldıqda Fövqəladə Hallar Nazirliyinin dövlət qeydiyyatına aldığı mexaniki nəqliyyat vasitələrinin sıyahısı aşağıdakı kimi olacaq:
1. Şassi üzərində quraşdırılmış payavuran qurğu
2. Yol freyzeri
3. Yol üçün bordyurdöşəyən nəqliyyat vasitəsi
4. Asfalt döşəyən nəqliyyat vasitəsi
5. Qalaqlayıcı nəqliyyat vasitəsi
6. Xüsusi texnoloji xidmət üçün nəqliyyat vasitəsi
7. Qazma işləri üçün nasos aqreqatları
8. Təkərli kompressorlar
9. Boru düzən nəqliyyat vasitəsi
10. Özüdolduran mexanizmlər
11. Qreyderlər
12. Skreperlər
13. Katok (vərdənə)
14. Traktor bazasında quraşdırılmış kran
15. Təkərli mexanizmlər
16. Təkərli qaynaq aqreqatları
17. Təkərli generatorlar
18. Qar təmizləyən traktorlar
19. Yolnişanlayıcı nəqliyyat vasitələri
20. Ekskavatorlar
21. Buldozerlə
22. Yükləyicilər
23. Qəza-bərpa nəqliyyat vasitəsi
24. Elektromühərriklə işləyən nəqliyyat vasitələri
25. Qoşqu və yarımqoşqulu mexanizmlər.
Bundan başqa, mexaniki nəqliyyat vasitəsi sayılan bütün texnoloji nəqliyyat vasitələri də Fövqəladə Hallar Nazirliyində dövlət qeydiyyatına alınacaq.
Ərşad Hüseynov,
hüquqşünas
Moto kuryerin nümunəvi hərəkətini alqışlamaq əvəzinə lağa qoydular - VİDEO
Qaranlıq yolda ard-arda təhlükə: Biri önünə çıxdı, digəri maşını yolda saxladı - VİDEO
Sürücü məsuliyyətsizliyi dəhşətli qəzaya səbəb olacaqdı - ANBAAN VİDEO
Qayda pozub yolu kəsdi, sonra təhqir etdi: "Lotusan, işverənsən" - VİDEO
Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sumqayıtda səkilər tikinti şirkətlərinə hədiyyə edilir; icradan reaksiya yoxdur - FOTO
Bakıda sürücü yol verməyən maşını sıxışdırdı, önünə keçib qəfil tormoz verdi - VİDEO
Qubada zibil daşıyan maşın həm təhlükə, həm də antisanitariya yaratdı – VİDEO
Sağdan ötüb maşınlara təhlükə yaratdı, sonra piyadanın üzərinə sürdü - VİDEO
Narkotik qəbul edib avtomobil idarə etdi, 15 gün həbs olundu - VİDEO
Bu yolayrıcında dayanmayan sürücülərin diqqətinə! - Kameralar çəkir - VİDEO










