Bu sənəd olmadan usta işləyə bilməyəcəksiz – DİQQƏT - VİDEO

Avtomobil xidmət mərkəzlərində işləmək üçün texniki təhsil üzrə sənəd tələb olunacaq.Bu sənəd olmadan ustalar avtomobil təmiri ilə məşğul ola bilməyəcəklər. Milli Məclisin bununla bağlı qəbul etdiyi qərara isə sürücülərin mövqeyi birmənalı deyil. «Xəzərxəbər» yeniliyin təfərrüatlarını araşdırıb.
Usta əlinə baxıb maşın düzəltməyi öyrənənlər texniki təmir stansiyalarında işləyə bilməyəcəklər. Bu, Milli Məclisdə təsdiqlənən "Avtomobil nəqliyyatı haqqında" qanunda edilən dəyişikliklərdə öz əksini tapıb. Avtomobil ustalığını baxıb öyrənənlər bu dəyişikliklə razılaşmır. Bunun üçün onların da tutarlı arqumentləri var.
İbadət ustanın dediyinə görə, ondan indiyədək sənəd soruşan olmayıb...
Mütəxəssislər düşünür ki, qanunda belə bir dəyişikliyin edilməsi avtomobillərə xidmət sahəsində hüquqi boşluğu doldurmağa imkan verəcək. Nəticədə avtomobil sahibləri daha keyfiyyətli və təminatlı xidmət ala biləcəklər...
Əgər əvvəllər avtomobil sahibi texniki xidmət yerindəki ustanın səhvi ucbatından maşınına dəyən zərəri özü ödəməli olurdusa, yenilik bu məsələdə məsuliyyəti texniki xidmət stansiyasının üzərində saxlayacaq.
Qanunun necə tətbiq olunacağı isə yaxın gələcəkdə müəyyən ediləcək. Hazırda hərhansı bir peşə təhsili ya da kursuna dair sənədi olmadan ustalıq edənlərin aqibədi də bundan sonra məlum olacaq.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












