Bu sürücülər bu əmələ görə sürücülük hüququndan məhrum edilə bilməz - Qaydalar

Ölkəmizdə qüvvədə olan qanunvericiliyə əsasən bəzi hallarda inzibati xəta törədən sürücünün sürücülük hüququ məhdudlaşdırılır. Lakin bu məsələdə I və II qrup əlilliyi olan şəxslərə qanunvericilikdə güzəşt nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, “İnzibati Xətalar Məcəlləsi”nin 27.3- cü maddəsində qeyd olunub ki, Bu Məcəllənin 327.8, 333, 342.8 və 343-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz.
Bu o deməkdir ki, I və II qrup əlilliyi olan şəxs əlil avtomobili ilə yol hərəkəti qaydasını pozaraq zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirdikdə, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdikdə və ya sərxoşluğun müayinəsindən imtina etdikdə və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə olan hallar istisna olmaqla digər hallarda sürücülük hüququ məhdudlaşdırıla bilməz.
Bəs digər hallar dedikdə hansı hallar nəzərdə tutulur?
-I və II qrup əlilliyi olan şəxslər, onlara verilmiş əlil avtomobili ilə törətdiyi xətalara görə 20 və daha çox bal topladıqda və avtoxuliqanlıq hərəkətlərinə görə sürücülük hüququndan məhdudlaşdırıla bilməzlər.
İnzibati xəta, yalnız I və II qrup əlillərinə verilmiş avtomobillərlə törədildikə bu qayda onlara şamil olunur. Əlilliyi olan şəxslər öz şəxsi avtomobilləri ilə bu hərəkəti edərsə, bu zaman qanunun həmin bəndi onlara şamil olunmur.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












