Bu velosipedi yolda sürənləri 40 manat cərimə gözləyir

Əvvəlki iki yazımda velosiped idarə edən şəxs üçün qanunvericilikdə nəzərdə tutulan tələblərə və yolda velosipedlə hərəkətin qaydalarına toxunmuşdum. Velosipedlərdən istifadə ilə bağlı üçüncü mühüm məsələ bu nəqliyyat vasitəsinin texniki təchizatıdır. “Yol hərəkəti haqqında” Qanunun 46-cı maddəsi nasaz, müəyyən olunmuş qaydada təchiz edilməyən velosiped və mopeddən istifadəni qadağan edir. Ona görə də velosipedçi və moped idarə edən şəxs yol hərəkətində saz vəziyyətdə olan nəqliyyat vasitəsi ilə iştirak etməlidir. Qeyd edək ki, velosiped və mopedlərin dövlət qeydiyyatına alınması və illik texniki baxışdan keçirilməsi nəzərdə tutulmur. Ona görə də onları idarə edən şəxslər bu nəqliyyat vasitələrinin mövcud standartlara, istismar şərtlərinə uyğun olmasına özləri nəzarət etməli, nasaz nəqliyyat vasitəsindən istifadəyə yol verməməlidirlər.
Milli qanunvericiliyimizdə velosiped və mopedin istismara buraxılması üçün əsas tələblər təsbit edilmir. Amma nəqliyyat vasitələrinin təhlükəsiz istismarını təmin etmək üçün onlara dair ümumi tələblərin də təsbit olunması son dərəcə vacibdir.
Velosipedlərin və mopedlərin (asma mühərrikli velosipedlərin) istismara bu-raxılması üçün ümumi tələblər «Yol hərəkəti haqqında» Konvensiyanın 44-cü maddəsində (həmin maddəyə «Yol hərəkəti haqqında» Konvensiyanı tamamlayan Avropa Sazişinə Əlavənin 27-ci bəndi ilə edilmiş əlavələr də nəzərə alınmaqla) müəyyən edilir. Bu normaya əsasən mühərriksiz velosipedlər aşağıdakılarla təchiz edilməlidir:
- səmərəli tormozla (ən azı 1 təkərdə tormoz olmalıdır);
- kifayət qədər məsafədən eşidilən zənglə (zəng əvəzinə hər cür başqa səs siqnalı cihazları quraşdırmaq qadağandır);
- arxada işığı əks etdirən qırmızı rəngli işıqqaytarıcı ilə və qırmızı işıqlı fənərlə (qurğu ilə);
- qabaqda ağ və ya sarımtıl işıqlı fənərlə (qurğu ilə);
- yanlardan sarı rəngli xüsusi işıqqaytarıcılarla.
Konvensiyanın istinad olunan norması asma mühərrikli velosipedlərin (mopedlərin) aşağıdakı kimi təchiz edilməsini təsbit edir:
- iki müstəqil tormozla (yəni hər iki təkərdə tormozla);
- kifayət qədər məsafədən eşidilən zənglə və ya başqa səs siqnalı cihazı ilə;
- səmərəli səsboğanla;
- arxada qırmızı rəngli işıqqaytarıcı və qırmızı işıqlı fənərlə (qurğu ilə);
- qabaqda ağ və ya sarımtıl işıq verən fənərlə (qurğu ilə);
- mühərrikin iş həcminin və markasının göstərildiyi tanınma nişanı ilə;
- yanlardan sarı rəngli xüsusi işıqqaytarıcılarla.
Velosiped və mopedin bütün konstruksiya elementləri (sükanı, təkərləri, oturacağı və s.) saz vəziyyətdə olmalı, onun idarə edilməsinə hər hansı maneə olmamalıdır. Bu nəqliyyat vasitələrində dərman qutusu, odsöndürən, qəza dayanma nişanı nəzərdə tutulmur.
Nasaz, yaxud müəyyən olunmuş qaydada təchiz edilməyən velosipedi və mopedi yolda idarə edən şəxs İnzibati Xətalar Məcəlləsinin 153.3-cü maddəsinə əsasən, 40 manat cərimə edilir.
Ərşad Hüseynov,
hüquqşünas
Svetofor nasaz olduqda sürücülər hansı qaydalara əməl etməlidir?
Gədəbəydə polisdən böyük əməliyyat - Özbaşınalıq edənlər saxlanıldı - VİDEO
Maşını düzgün park etməmisən? – CƏBHƏYƏ GET
Əks yola çıxan sürücü motosikletçini təhlükə ilə üz-üzə qoydu - VİDEO
Gəncənin bu küçəsində bəzi sürücülər "at oynadır" - VİDEO
Səfirliyə məxsus “Audi” qəfil manevrlə qəza şəraiti yaratdı - VİDEO
Bibiheybət yolunda sürücülər cərimələnir: Səbəb budur - FOTO
Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza
Sürücü və sərnişin növbə ilə yolu zibillədi – İrada isə görün necə cavab verdilər - VİDEO
Yolayrıcına təhlükəli şəkildə girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı










