Bu vəziyyətdə yol polisi sizə cərimə yaza bilər?- ŞƏRH - VİDEO

Sürücülər ikinci dərəcəli yoldan baş yola daxil olan zaman harada dayanıb yol verməli olduqlarını bir çox hallarda bilmir. Elə hallar olur ki, sürücü baş yola yaxınlaşan zaman yola daxil olub dayanır və baş yolda hərəkət edən sürücülərin yolunu kəsir. Həmin yolla maneəsiz hərəkət etməli olan sürücü qəzanın baş verməməsi üçün dayanaraq ikinci dərəcəli yoldan gələn sürücüyə məcburi şəkildə yol verməli olur. Bu cür vəziyyətdə yol polisi yol verməli olan sürücüyə cərimə yazanda isə sürücü etirazını bildirirərək protokolun qanunsuz olduğunu bildirir.
Bəs bu vəziyyətdə polis haqlıdır yoxsa sürücü?
Təbii ki, ikinci dərəcəli yoldan baş yola daxil olan sürücü kəsişmə yerinin bilavasitə qarşısında dayanaraq baş yolla hərəkət edən sürücülərə yol verməlidir. Əgər baş yolla hərəkət edən sürücü könüllü olaraq dayanıb ikinci dərəcəli yoldakı avtomobilə yol verirsə, burada qayda pozuntusundan söhbət gedə bilməz. Lakin təqdim etdiyimiz videodakı sürücü kimi baş yola daxil olub dayanırsa, onun dayanmağının heç bir əhəmiyyəti yoxdur və qayda pozmuş sayılır. Çünki yola daxil olub hərəkət zolağını zəbt edən sürücü baş yolla hərəkət edən sürücüyə birmənalı olaraq maneə yaratmış sayılır. Ona görə də belə hallarda sürücüyə yazılmış protokol qanuni hesab edilir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












