Bu yolda hərəkətin təşkili sürücüləri çaşdırır - VİDEO

Bakıda hərəkətin təşkilində olan problem sürücülərdə həm çaşqınlıq yaradır, həm də onların cərimələnməsi ilə nəticələnir. Sözügedən problem paytaxtın Lermontov küçəsindədir. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, Lermontov küçəsi ilə (Axundov parkının yanı ilə) hərəkət edən sürücülər sağa- Bünyad Sərdarov küçəsinə dönən zaman yol polisləri tərəfindən saxlanılaraq cərimələnirlər. Həmin yolayrıcında hərəkətin düzünə məcburi olduğunu bildirən 4.1.1 nişanı yolun sol tərəfində quraşdırıldığı üçün sürücülər onu görmür. Qeyd edək ki, yol nişanları qanunvericiliyə görə yolun sağ tərəfində quraşdırılmalıdır.
Həmin yolun müəyyən bir hissəsi, yəni Axundov parkının yan tərəfi ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayırılıb. Əhməd Cavad küçəsi ilə hərəkət edən sürücülər sola- Lermontov küçəsinə dönə bilməzlər. Çünki həmin yol sahəsinə girişi qadağan edən 3.1 yol nişanı quraşdırılıb. Axundov parkının bu hissəsinə yalnız Məmməd Əfəndiyev küçəsindən daxil olmaq olur. Lermontov küçəsi ilə Bünyad Sərdarov küçəsinin kəsişməsində hərəkət aydın şəkildə təşkil edilmədiyi üçün M.Əfəndiyev küçəsindən sola dönən sürücülər çaş-baş qalır.
Axundov parkının yan tərəfi avtobuslar üçün nəzərdə tutulduğu üçün yaxşı olardı ki, M.Əfəndiyev küçəsindən qoşulan hissəyə avtobus zolağını ayırmaq üçün 1.1 bütöv nişanlanma xətti və sağ zolaqda yerə BUS nişanlanma xətti çəkilsin, dirəkdə isə 5.9 nişanı quraşdırılsın. Düzünə nişanı isə yolun sol tərəfi ilə yanaşı sağ tərəfinə də quraşdırılmalıdır ki, sürücülər hərəkətin hansı istiqamətə icazə verildiyini vaxtından əvvəl qavraya bilsin. Belə olan halda problem köklü şəkildə həll olunacaq, sürücüləri isə çaşdıra biləcək bir məqam qalmayacaq.
Fərid
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO











