Cəbrayılda komendant rejimini pozanlar tutuldu - Hərəsinə 200 manat cərimə
Qaydalar
16 Noyabr 2020 14:14

Cəbrayıl şəhəri ərazisində olan komendant postunda “saxla” əmrinə tabe olmamış avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə “saxla” işarəsi verib, lakin buna baxmayaraq, sürücü hərəkətini davam etdirib. Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq RPŞ-yə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 517-2.6-cı (Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə) maddələri ilə protokollar tərtib olunub. Rayon məhkəməsi tərəfindən hər biri 200 manat məbləğində cərimə olunublar.
Emin
Oxunub : 2496
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 15:30
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
29 Sentyabr 2026 13:26
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
29 Sentyabr 2026 13:00
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
29 Sentyabr 2026 10:00
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
29 Sentyabr 2026 09:00
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
28 Sentyabr 2026 20:30
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
28 Sentyabr 2026 19:30
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
28 Sentyabr 2026 17:30
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
28 Sentyabr 2026 16:53
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
28 Sentyabr 2026 16:30
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
28 Sentyabr 2026 13:36
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
28 Sentyabr 2026 10:18
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
ŞƏRH YAZ












