Əlillər metropolitendən şikayət etdi, cavab gəldi

«Paytaxda düzəldilən pandusların əksəriyyəti başdansovdu hazırlanıb və yolaverdi xarakter daşıyır. Demək olar ki, biz onlardan istifadə edə bilmirik. O pandusları tikən adamı əyləşdirin bizim arabaya, görək o, həmin pandusdan sağ-salamat aşağı düşə bilərmi? Əlbəttə, yox». Bu sözləri axar.az-a Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təlim alan bir qrup gənc əlil deyib. Onlar paytaxtda pandusların olmamasından, olan yerlərdə isə çox dik hazırlanmasından şikayət edirlər: «Əlillər üçün nəzərdə tutulan panduslar olduqca dik və təhlükəlidir. Normalda həmin panduslardan əlillər təkbaşına istifadə etməli olsalar da, paytaxda inşa edilmiş pandusdan istifadə üçün minimum 3 nəfərin köməyi lazımdır. Bu isə əlil şəxsin sərbəst hərəkət etməsinə daha bir maneə yaradır”.
Mövzu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. O bildirdi ki, metrostansiyaların giriş və çıxışlarının pandusla təmini mövcud vəziyyətdə bir qədər real görünmür: “Metrostansiyaların əksəriyyəti sovet dönəmində tikildiyindən layihələrdə fiziki məhdudiyyətli insanlar, əlillər üçün panduslar nəzərə alınmayıb. Ümumilikdə, biz onlar üçün stansiyalarımızda şərait yaratmaq istəsək də, mövcud vəziyyətdə bu, o qədər də real görünmür”.
Xidmət rəhbərinin sözlərinə görə, Bakı Metropoliteni QSC bundan sonra tikilən stansiyalarda əlillər üçün bütün şəraitin yaradılmasını nəzərə alacaq: “Yeni tikilən və tikilməsi nəzərdə tutulan bütün stansiyalarımızda əlilliyi olan şəxslər üçün xüsusi liftlər quraşdırılıb. Lakin bu şəraiti digər stansiyalarda da edə bilmirik. Köhnə stansiyalarda bu liftlərin quraşdırılması qeyri-mümkündür. Sadəcə, bundan sonra tikiləcək yeni stansiyalarımızda əlillər üçün yaradılması lazım olan bütün şəraiti nəzərə alacağıq”.
Qeyd edək ki, fiziki məhdudiyyətli şəxslər və əlillər hazırda pandusdan yalnız “Koroğlu” metrostansiyasında istifadə edə bilirlər.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












