ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi - VİDEO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Xocalı" quru yük gəmisi Çində yerləşən "Zhoushan Xinya" gəmiqayırma zavodunda RINA (Registro Italiano Navale) beynəlxalq təsnifat cəmiyyətinin nəzarəti altında aralıq yoxlamadan keçib.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, bir ay davam edən prosesin yekununda RINA tərəfindən gəminin müvafiq sertifikatları yenilənib.
Yoxlama çərçivəsində "Xocalı"nın texniki vəziyyətinin qiymətləndirilməsi ilə yanaşı, əsas mexanizm və sistemlərinin genişmiqyaslı təmir işləri həyata keçirilib. Belə ki, gəminin üst göyərtəsi tam rənglənib, baş mühərrik əsaslı təmir olunub, yanacaq və ballast sistemlərinə xidmət göstərilib.
Təmir işləri çərçivəsində yaşayış sahələri və mətbəxin havalandırılması üçün yeni hava qutusu hazırlanıb. Bundan başqa, hər üç köməkçi mühərrikin tənzimləyicisi əsaslı təmir edilib, qazan təmizlənərək yoxlanılıb, təhlükəsizlik klapanlarının təzyiq sınaqları aparılıb.
Aralıq yoxlama və təmir işlərinin tamamlanmasından sonra "Xocalı" ABŞ-nin Kaliforniya ştatında yerləşən Vilminqton limanına yola düşüb. Gəminin dekabrın əvvəllərində təyinat limanına çatması planlaşdırılır.
Qeyd edək ki, 2024-cü il mayında Çində istismara qəbul edilən "Xocalı" ASCO-nun "Handysize" tipli ilk quru yük gəmisidir. Uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15 metr olan gəminin suya oturumu 10,47 metr, ümumi yükgötürmə qabiliyyəti 38 593 ton, maksimal sürəti isə 15,7 düyündür.
Beş yük anbarına malik nəhəng gəminin göyərtəsində hər birinin yükgötürmə qabiliyyəti 30 ton olan dörd kran yerləşir. Kranların hər biri bütün yük anbarlarına xidmət göstərə bilir, qolları isə dayandıqları nöqtədən 26 metrədək məsafəyə uzanır.
Minimal suya oturumla yüksək yükgötürmə qabiliyyətinin birləşdirilməsi "Xocalı"nın əsas texniki üstünlüklərindəndir. Bu xüsusiyyət gəminin müxtəlif su dərinliyinə malik limanlara, o cümlədən dayaz limanlara daxil olmasına imkan yaradır.
Sürücülərin diqqətinə! - Bakıda ilk dəfə bu svetaforlar quraşdırılır - FOTO
Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq - Siyahı açıqlandı
“Qələbə” dairəsində nəqliyyat sıxlığı aradan qaldırıldı - FOTO - VİDEO
Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO












