Gecələr Bakını lərzəyə salan, insanları qorxudan "avtoş"un yeni - VİDEOları

Bir neçə gün əvvəl Bakıda avtoxuliqanlıq edib insanları qorxuya salan sürücü barədə məlumat vermişdik. Material yayımlandıqdan sonra bu barədə bir neçə oxucu redaksiyamızın qaynar xəttinə müraciət edərək insanlara təhlükə yarandığını bildirib. Avtosfer.az xəbər verir ki, 77-PF-630 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü şəhər ərazisində etdiyi hərəkətləri videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, o, 77-PF-630 qeydiyyat nişanındakı "P" hərfini "R" hərfi ilə dəyişərək paytaxtın bir neçə küçə və prospektlərində avtoxuliqanlıq edib həm öz həyatını, həm də digər insanların həyatını təhlükə altında qoyub. Görüntülərdən də aydın şəkildə görünür ki, sürücü dəfələrlə qırmızı işıqda keçərək, əks yola çıxaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozub. Avtomobili mərkəzi küçələrdə 160-170 km/saat sürətlə idarə edərək şəhəri yarış meydançasına çevirib.
Hətta görüntülərin birində sürücü Bakı-Sumqayıt yolunda yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək qəza da törədib. Xoşbəxtlikdən qəza xəsarətsiz ötüşüb.
Qeyd edək ki, sürücü avtomobilin dövlət nömrə nişanını da saxtalaşdıraraq "P" hərfini "R" hərfi ilə əvəzləyərək məsuliyyətdən yayınmağa çalışır.
Oxucular Avtosfer.az-ın qaynar xəttinə müraciət edərək sürücünün videolarının ictimailəşdirilməsini və Dövlət Yol Polisi İdarəsinin həmin şəxs barəsində ciddi tədbir görməsini xahiş edir. Ümid edirik DYP rəhbərliyi məsələni nəzarətə götürərək həmin şəxsi cəzalandıracaq.
Nərminə Əli
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












