Gəncədə toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edildi - FOTO - VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy karvanında avtoxuliqanlıq edən iki “Chevrolet” və bir “Azsamand” markalı avtomobillərin sürücüləri -E. Hətəmi, E. Məmmədov və Z. Həsənov saxlanılıblar.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a bildirilib, sürücülər barəsində inzibati protokol tərtib edilib. Məhkəmənin qərarı ilə hər 3 sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib və 15 sutka inzibati həbs olunub.
Bununla yanaşı, polis əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha 6 sürücü saxlanılıb. Tibbi müayinə zamanı sürücülərin narkotik vasitələr qəbul etdiyi sübuta yetirilib.
Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Gəncə şəhərində yol hərəkəti qaydalarına əməl olunmasının nümunəvi təşkili məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
























