Hansı marşrutların sənədsiz sürücüləri var? - VİDEO

Hər gün minlərlə insanın həyatı onlara əmanət edilir. Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarının bəzi sürücülərinə isə nəinki sərnişinləri, heç avtobusun özünü də etibar etmək olmaz. Çünki avtobusun sükanı arxasında əyləşən 18-19 yaşlı bəzi gənclərin ümumiyyətlə heç bir sənədi olmur.
Avtobusu idarə edən şəxsin minimum yaşı 21 olmalıdır. Bu barədə verilən suallara cavab olaraq isə həmin sürücülər avtobusu sürüb uzaqlaşıblar.
Nəqliyyatın İntellektual İdaretmə Mərkəzinin rəsmisi Şəfa Mehmanqızının açıqlamasına görə, sürücünün peşəkarlığı və yaşından şübhəsi olan vətəndaşlar dərhal qurumun 141 qaynar xəttinə zəng vurub avtobusun xətt nömrəsi və dövlət nömrə nişanını məlumat verə bilərlər. Qanunsuz hal aşkar olunduqda isə həmin sürücülərə qarşı ciddi cəza tədbirləri həyata keçirə bilərlər.
Mütəxəssislər isə sərnişindaşıma xidməti göstərən şirkətlərin vətəndaş etimadını qazanmaq üçün sürücülərin kimliyi və bacarıqları haqqında məlumatların ictimailəşdirilməsini vacib hesab edirlər.
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO
Bir zolağa yerləşməyən sürücü ikinci zolağa keçib motosikleti sıxışdırdı - VİDEO
Bakıda ticarət köşklərinin sahibləri soyuducuları ağaclara bağlayır – ŞİKAYƏT - FOTO
Qaydalara məhəl qoymayan sürücü qorxulu anlar yaşatdı - VİDEO










