İki ayağı da yoxdur, amma hamıdan yaxşı sürücüdür - VİDEO

Goranboyda yaşayan birinci qrup əlil görənləri heyrətə gətirir.Taksi fəaliyyəti ilə məşğul olan rayon sakini ayaqlarının olmamasına rəğmən avtomobili sağlam sürücülər kimi idarə edir.Hətta nasazlıq yarandıqda onu təmir də edir. Avtomobili sərbəst idarə edir, təkərini dəyişir, təmir edir. Əlil olsa da sağlam sürücülərə meydan oxuyur. Goranboyun Nərimanlı kənd sakini 54 yaşlı Elşad Məmmədov 2004-cü ildə səhhətində yaranan problem səbəbindən ayaqlarını itirib. Birinci qrup əlil olan Elşad Məmmədov oğlunun ona aldığı avomobillə taksi xidməti göstərir.
Ayaqları olmadığı üçün avtomobilin pedallarını əllə idarə ediləcək şəklə salıb. Bir əli ilə qaz pedalına basır, digərilə də sükandan yapışır. Evdə də özü-özünü sərbəst edarə edir. Mümkün qədər ailə üzvlərinə əziyyət vermir.
Maşında texniki nasazlıq yarandıqda heç kəsə ehtiyac olmadan özü təmir edir. Elşad Məmmədovun müştərisi də kifayət qədərdir.
Hətta yaşadığı evin tikintisində də kosmetik işlərin əksər hissəsini özü görüb, suvaq və betom işlərini belə özü görüb. Sadə problemlərə görə ruhdan düşən insanlara məsləhəti də var.
xəzərxəbər
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












