Kamil Zeynallı bu əməllərinə görə həbs edildi - RƏSMİ
Qaydalar
13 Oktyabr 2020 00:19

Baş Prokurorluqda aparılmış araşdırmalarla Bakı şəhər sakinləri Nadir Qafarzadə, Kamil Zeynallı və başqa şəxslər tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və videogörüntülərin yayılması halları müəyyən edilib. Bu barədə Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb. Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) və 517-2.6-ci (hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsinə əsasən Füzuli rayon prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanmış və toplanmış material baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Füzuli rayon məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.
Bundan başqa, qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.
Eyni zamanda, bu növ hərəkətlərə yol vermiş digər şəxslərlə də profilaktik söhbətlər və maarifləndirici işlər aparılıb.
Emin
Oxunub : 20106
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 19:40
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 18:37
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
23 Oktyabr 2026 16:30
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 16:00
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
23 Oktyabr 2026 10:00
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
23 Oktyabr 2026 09:00
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
22 Oktyabr 2026 18:00
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
22 Oktyabr 2026 17:00
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
22 Oktyabr 2026 15:18
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
22 Oktyabr 2026 09:00
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
21 Oktyabr 2026 17:00
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
21 Oktyabr 2026 14:30
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
ŞƏRH YAZ












