Banner

Kasko sığorta xaricdə də işləyə bilər – ARAŞDIRMA

Qaydalar 26 Noyabr 2015 14:59 Oxunub 2852
Kasko sığorta xaricdə də işləyə bilər – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avropada 30-35 manat, Gürcüstan və Dağıstana 40-50 manat

Avtomobilin sığortalı olması ölkə daxili ilə yanaşı, xaricdə də vacibdir. Bu o deməkdir ki, siz səyahət zamanı da gözlənilməyən halda qəzaya düşsəniz avtomobilinizə dəyən ziyan ödəniləcək. Avtosfer.az xəbər verir ki, bu barədə fins-in məlumat verir ki, Azərbaycan bu ilin yanvar ayının 1-dən etibarən “Yaşıl Kart” sisteminə qoşulur ki, bu da avtomobil sahiblərinin xarici ölkələrə sayəhət edərkən icbari sığortalı olması deməkdir. Bəs, səyahət zamanı vətəndaşların avtomobilinə dəyən ziyanı ödəmək üçün xaricdə kasko sığorta mümkündürmü?

 

Xaricdə kasko qiyməti: Avropada 30-35 manat, Gürcüstan və Dağıstana 40-50 manat

 

Azərbaycan sığorta bazarında belə bir təcrübə var. Sığorta şirkətlərindən bildirirlər ki, xarici ölkədə avtomobilin kasko sığortalı olması üçün əlavə müqaviləyə ehtiyac yoxdur. Belə ki, müştərilər müraciət edərək əlavə sığorta haqqı ödəməklə gedəcəkləri ölkədə avtomobillərinə dəyə bilən zərərlərdən sığortalana bilərlər. “Xalq Sığorta” şirkətinin satış departamentinin müdiri Emin Tahirov fins.az-a bildirib ki, xarici ölkəyə gedərkən avtomobili kasko sığortalamaq olar. Məsələn, bazar qiyməti 10 min manat olan avtomobil üçün gedəcəyi ölkədən aslı olaraq 30-50 manat arasında əlavə sığorta haqqı ödəməli olacaq. Xaricdə sığorta 1 aylıq səyahət müddətində qüvvədə olacaq. Bəzi ölkələrdə oğurluq və cinayətkarlıq riskləri yüksək olduğu üçün həmin ölkələrə getmək istəyənlər əlavə kasko təminatı üçün daha çox ödəməli olacaq. Məsələn, Gürcüstan və Dağıstana səfər edənlər bir aylıq kasko təminatı üçün 40-50 manat ödəməlidirlər. Avropa ölkələrinə səyahət etmək istəyənlər isə kasko təmiatı üçün 30-35 manat xərcləməli olacaqlar.

 

Hər yay 15-20 müştərimiz bu sığortanı alır

 

E.Tahirovun sözlərinə görə, hər yay mövsümündə bununla bağlı 15-20 müraciət daxil olur. Müştərilər daha çox, Gürcüstan-Türkiyə-Yunanıstan marşrutu üzrə səyahətə çıxanlardır. Departament müdirinin sözlərinə görə, belə sığorta təminatı adətən bir aylıq verilir. Lakin xaricdə 6 ay və ya 1 il kasko təminatı istəyən müştərilər bunun üçün həmin ölkənin sığorta şirkətlərinə müraciət edə bilərlər.

 

Avtomobili 1 illik xarici səyahət üçün də sığortalamaq olar

 

Lakin Azərbaycanda sığorta şirkətlərinin bəziləri hətta bir illik səyahət zamanı da avtomobilə xaricdə kasko təminatı verirlər. “Amrah Sığorta” şirkətinin idarə heyətinin sədr müavini Rəşid Salıfov fins.az-a bildirib ki, müştərilər istəsələr xaricdə kasko təminatını bir illik əldə edə bilərlər. Məsələn, adi qaydada kasko tarifi 3 %-dirsə, bunun üçün əlavə 0,6% ödəmək lazım gəlir. Yəni, qiyməti 10 min manat olan avtomobilin kasko sığortası 300 manatdırsa, bir illik xarici səyahət üçün əlavə 60 manat ödəmək lazım gəlir. Bunu etdikdən sonra səyahət etməyi sevən avtomobil sahibləri əlavə ödəniş etməklə il boyu avtomobillə xarici ölkələri gəzə bilərlər. Lakin müştərilər əvvəlcədən avtomobillərini kasko sığortalayırlarsa və xarici ölkəyə indi getmək istəyirlərsə, eyni avtomobil üçün 20 manat ödəyərək xaricdə kasko təminatını da sığorta müqaviləsinə əlavə edə bilərlər. R. Salıfov bildirib ki, avtomobilini buna görə sığortalayanlar çox azdır. Məsələn, il ərzində 5-10 müştəri qonşu ölkələr getmək üçün avtomobilinə əlavə kasko təminatı alır.

 

“Belə sığortanı daha çox yükdaşıma şirkətləri alır”

 

Rəşid Salıfovun sözlərinə görə, xarici ölkələrdə kasko sığortanı daha çox yük daşımalarını həyata keçirən şirkətlər alır. Onlar isə iri yük maşınlarını, tırları sığortalayırlar. Belə avtomobillərin əlavə kasko xərci isə minik maşınları ilə müqayisədə 2 dəfə azdır. Bu isə yük maşınlarının sürücülərinin daha peşəkar və məsuliyyətli olması və avtomobilin aşağı sürətlə idarə edilməsi ilə bağlıdır.Əsasən buna görə 0,1 % tarifi tətbiq edilir. Məsələn, 50 min manatlıq yük maşının kasko sığortası 1200 manata, əlavə kasko xərci isə 12 manata başa gəlir. R.Salıfov bəzi ölkələrdə risklərin yüksək olduğuna görə sığorta haqınında buna uyğun artıdığı deyib. Məsələn, Rusiyada havaların soyuq olması,qarlı yollar, oğurluq halları sığorta risklərini artırır. İranda isə yollar ensiz, nəqliyyatın hərəkəti isə qarmaqarışıqdır. Ona görə də qəzalar çox olur. Bu amilləri nəzərə alaraq hər iki ölkədə əlavə kasko təminatı nisbətən daha bahadır. Yəni misal üzrə 50 min manatlıq yük maşının sığortası 12 manata deyil, 24 manata başa gəlir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh