«Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!» - FOTO + VİDEO

Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların davranışından asılıdır. Bu üzdən yol hərəkəti qaydalarının öyrədilməsi və bu istiqamətdə maarifləndirici aksiyaların keçirilməsinin çox böyük əhəmiyyəti var. Yol hərəkəti qaydalarına riayət edilməsi və ictimai nəqliyyatdan düzgün istifadə qaydaları haqda maarifləndirmə işləri məktəblərin, aidiyyəti üzrə təşkilatların və bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Hər il bu istiqamətdə tədbirlər keçirən Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və “Azəryolservis” ASC tərəfindən ictimai nəqliyyatdan və piyada keçidlərindən düzgün istifadə ilə bağlı növbəti maarifləndirici aksiya təşkil olunub. “Azəryolservis”dən Avtosfer.az-a verilən məlumata görə, aksiya zamanı tədris müəssisələrinin qarşısında azyaşlı məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanılıb.
Xüsusilə orta məktəblərin yaxınlığındakı yeraltı və yerüstü piyada keçidlərin yanında üzərinə “Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!” (Keç yerüstü keçiddən, uzaq ol təhlükədən!) şüarı yazılan posterlər yapışdırılıb.
Qeyd edək ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi və maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO




























