Keçiddə dayanmayan sürücü piyadalara təhlükə yaratdı - VİDEO

Oktyabrın 24-ü Bakı-Ələt yolunun 56-cı kilometrində yol hərəkəti qaydasını pozan sürücü piyadalara təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, 99-LA-529 qeydiyyat nişanlı “Hyundai Santa Fee” markalı avtomobilin sürücüsü nizamlanmayan piyada keçidində dayanıb piyadalara yol verən avtomobillərə əhəmiyyət verməyərək gəldiyi sürətlə hərəkətinə davam edib. Bu zaman keçiddə hərəkət edən piyadalara təhlükə yaradıb.
“Yol Hərəkəti Haqqında Qanun”un 54-cü maddəsinin II hissəsində qeyd olunub ki, “əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər”.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












