Körpüdə selfi çəkdirən qız öldü

Moskvada gənc bir qız selfi çəkdirərkən körpüdən yıxılaraq ölüb. İKT.lent.az-ın “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanındakı mənbə məlumat verib. Onun sözlərinə görə, faciə Moskvanın mərkəzindəki Testovskaya küçəsində saat 0:20 radələrində baş verib. Qızın körpüdən yıxılmasına səbəb körpünün qurma səddində nasazlığın olması olub. Görünür, qız selfi çəkdirərkən ora söykənmək istəyib.
Daxili İşlər Nazirliyinin Moskva üzrə İdarəsindən isə deyirlər ki, qızın hündürlükdən yıxılmaqla xarakterizə olunan zədəli meyiti tapılıb.
Qeyd edək ki, may ayında qızların niyə belə çox selfi etmək istəklərinin olduğu ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, qadınlar həftənin 5 saatını selfi çəkdirməyə sərf edirlər. Sorğuda ümumilikdə 16-25 yaşlar arasında 2 min gənc qız iştirak edib. Belə ki, keyfiyyətli şəkil çəkdirmək üçün onların 1 saata yaxın vaxtı gedir. Bura makiyaj, geyim və işığın tərtibatı da daxildir. Orta hesabla 7 kadr çəkilir və onlardan bir şəkil minimum iki sosial şəbəkəyə yüklənir. Hər bir fotosessiya 16 dəqiqə çəkir və gün ərzində qızlar 3 sessiya edirlər.
“feelunique.com” şirkətinin nümayəndəsi Nyubi Hends deyir ki, selfi düşkünlüyü narsisizm, yəni özünə sevgi əlaməti deyil, əksinə, insanların öz ideyalarını bölüşmək üçün yeni bir metoddur.
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT












