Maşını 210-la sürən sürücü saxlanıldı - VİDEO – FOTO

Yolda 210 km/saat sürətlə hərəkət edən sürücü saxlanıldı. Avtosfer.az xəbər verir ki, sürücü Fərzun Həsənov idarə etdiyi 99-OV-419 qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobillə magistral yolda 210 km/saat sürətlə hərəkət edərək özünü videoya çəkib və çəkdiyi videonu Facebook sosial şəbəkəsində paylaşıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə sürücü Fərzun Həsənov etdiyi əmələ görə idarəyə dəvət olunub. O, izahatında bildirib ki, sürətlər panelinin şüşəsi olmadığı üçün sürət göstəricisini 210 km/saat sürətin üzərinə qoyub. Dostlar arasında zarafatlaşmaq üçün bu hərəkəti edən sürücü bir də belə etməyəcəyinə söz verib.
Avtomobilin sürətlər panelində olan nasazlığa görə polis əməkdaşları onu İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə 50 manat məbləğində cərimə edib.
Qeyd edək ki, sürücünün 700 manata yaxın ödənilməyən cərimələri də olub. Həmin cərimələr dəbbə pulu ilə birlikdə ödətdirilib.
Fərid

.jpg)
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












