Maşının qabağını qaldırıb nömrəsiz, vəsiqəsiz və içkili halda sürən sürücü HƏBS EDİLDİ - VİDEO

Bakı-Sumqayıt yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü həbs olunub. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 10-UJ-086 qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobilin sürücüsü konstruksiyada ciddi dəyişikliklər edərək
avtomobilin ön tərəfini yuxarı qaldırıb, arxasını isə aşağı salaraq normativ tələbləri pozub. Bununla yanaşı sürücü avtomobilin ön qeydiyyat nişanını çıxararaq sözügedən yolda hərəkət edib.
Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları avtomobili dayandıran zaman məlum olub ki, sükan arxasındakı sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ yoxdur və sərxoş vəziyyətdədir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az">Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü Məmmədov Arzuman Vüqar oğlu saxlanılaraq barəsində qanunamüvafiq qaydada protokol tərtib edilib və toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən sürücü Məmmədov Arzuman Vüqar oğlu 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO













