Nömrəsi olmayan motosiklet sürücüsünün bu hərəkəti kameraya düşdü - VİDEO

Qeydiyyat nişanı olmayan motosiklet sürücüsü qırmızı işıqda yolu keçərək həm qaydaları pozub, həm də özüylə bərabər sərnişinin də həyatını təhlükəyə atıb.
Avtosfer.az bildirir ki, paytaxt küçələrində işıqforun qırmızı işığına məhəl qoymayan motosiklet sürücüsünün qayda pozuntusu kameraya düşüb. Belə ki, sürücü “kaska” taxsa da, arxasında əyləşən sərnişini “kaska”sız halda özüylə bərabər təhlükəyə sürükləyib. Görünür motosiklet sürücüsü işıqforun yalnız avtomobillər üçün keçərli olduğunu düşünür.
Qeyd edək ki, moped və bəzi mostosikletlərə dövlət nişanı verilmir və onları idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunmur. Elə buna görə də küçədə velosiped sürməyi bacaran birisi mopedə minib şəhərdə özbaşınalıq etmək hünərini özündə tapa bilir. Əgər qayda pozan moped və ya qeydiyyat nişanı olmayan motosiklet sürücüsü polisin hədəfinə tuş gələrsə onun şəxsiyyət vəsiqəsinə cərimə yazılır və bu qədər. Nəzərə alsaq ki, pandemiya zamanı evlərə sifarişin artması səbəbindən şəhərdə çoxalan moped sürücüləri heç bir sürücülük məktəbi keçməyib, nə nömrələri var, nə də sürücülük vəsiqələri, bax o zaman onların paytaxt yollarında etdikləri özbaşnalığın səbəbini anlamaq mümkün olar. Güman edirik ki, aidiyyəti qurumlar bu məsələyə tez bir zamanda əncam çəkəcək. Əks təqdirdə hələ biz bu yeri-yurdu məlum olmayan nömrəsiz moped sürücülərinin qayda pozuntularını çox yazası olacayıq.
Aysel
r
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












