Normal havada duman işıqlarını yandırmaq olar? - Yol polisindən CAVAB

“Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu normal vaxtlarda avtomobillərin duman işıqlarının yandırılmasıdır. Bəzi sürücülər ehtiyac olmadığı halda duman işıqlarını yandırır. Sosial şəbəkələrdə dəfələrlə bununla bağlı paylaşım da edilib. Paylaşımlarda bildirilib ki, günün normal vaxtı duman işıqlarını yandırıb maşın sürənlər cərimələniblər.
Bəs görək, qanunvericilikdə ehtiyac olmadığı halda duman işıqlarını yandırıb avtomobil idarə etməyə icazə verilirmi?
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli lent.az-a bildirib ki, normal vaxtı duman işıqlarını yandırmaq doğru hesab edilmir: “İşıq cihazları təyinatı üzrə istifadə olunmalıdır. Duman əleyhinə olan işıqlar da normal vaxtda yandırılsa, digər sürücüləri narahat edir. Bu da təyinatı üzrə istifadə olunmaması kimi qiymətləndirilə bilər. Həmçinin bəzi sürücülər duman işıqlarına icazə verilməyən işıq cihazları quraşdırırlar. Buna görə İnzibati Xətalar Məcəlləsinin normativ tələblərin pozulması, 342.2.2-ci maddə ilə protokol tərtib olunur. Maddəyə əsasən, həmin şəxs 150 manat məbləğində cərimələnir”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












