Olli Noroyono: "Azərbaycanlı sürücüləri heç zaman unutmayacam"

Məni yeganə əsəbiləşdirən amil sizin sürücülərinizin maşın idarə etməsidir.
Avtosfer.az xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Bakı ofisinin səlahiyyət müddəti başa çatan direktoru Olli Noroyono (Olly Norojono) apa-ya müsahibəsində qeyd edib. Onun sözlərinə görə, azərbaycanlı sürücülər maşını digərinə çox yaxın sürürlər. “Məni yeganə əsəbiləşdirən amil sizin sürücülərinizin maşın idarə etməsidir. Maşını digərinə çox yaxın sürürlər. Bunu anlaya bilmirəm. Arada mənə elə gəlir ki, maşınımı sürtəcəklər, qəza baş verəcək. Qeyri-iş vaxtı maşını özüm sürürəm. Yaxın məsafə olanda, çalışıram ki, piyada hərəkət edim. Bu, daha təhlükəsizdir. Sizin sürücülər sanki harasa tələsir. Bəzən görürsən ki, tıxacda kiçicik bir yer var və sürücülər o kiçicik yerə girmək üçün mübarizə aparır".
O qeyd edib ki, Azərbaycana yenicə gələndə, parklanmaya uyğunlaşa bilmirdi.
“Sonradan alışdım. Elə olur ki, maşını saxlayırsan, bir müddət sonra gəlib görürsən ki, arxanda, yəni ikinci cərgədə kimsə maşın saxlayıb və çıxa bilmirsən. Azərbaycan sürücülərini heç zaman unutmayacağam”.
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT












