Öz savadı ilə sürücülük vəsiqəsi alanları siz də tanıyın - FOTOLAR

Avqustun 6-da Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Federasiyası, Xəzər-Qərb Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Avto Akademiya Binəqədi-2” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Baş DYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, mayor İsa Deyistani Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rauf Həsənov, Xəzər-Qərb Tədris Mərkəzinin təsisçisi Elçin İsmayılov, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, “Avto Akademiya Binəqədi” layihəsinin rəhbəri Nərgiz Qurbanova, eləcə də “Avto Akademiya Binəqədi-1” və “Avto Akademiya Binəqədi-2” layihəsinin iştirakçıları, gənclər iştirak ediblər.
Tədbirin rəsmi hissəsini Nərgiz Qurbanova açaraq qonaqları salamlayıb və layihə haqqında məlumat verib.
Sonra çıxış edən qonaqlar yol təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti qaydalarının öyrənilməsi, yol hərəkəti mədəniyyətinin yüksəldilməsi və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək məqsədilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıblar. Bu cür maarifləndirici sosial layihənin reallaşdırılmasında göstərilən dəstəyə görə rayon rəhbərliyinə, təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə layihə iştirakçıları arasında viktorina da keçirilib. Viktorinada şanslı olan 3 nəfər-Sarvan Zöhrabzadə, Nilufər Yunusova, Nurlan Ağamirzəyev müvafiq olaraq Xəzər-Qərb Tədris Mərkəzindən təlim paketi, bankdan platinum kartı, Barselona futbol komandasının oyununa bilet əldə ediblər.
Tədbir çay süfrəsi ətrafında “Feeling” qrupunun ifasında konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, “Avto Akademiya Binəqədi-2” layihəsində iştirak etmək üçün 194 nəfər müraciət edib, onlardan 117 nəfər müsahibəyə dəvət olunub. Müsahibəyə qatılan 117 nəfər gənc arasından 20 nəfəri layihədə iştirak hüququ qazanıb. Layihə həm nəzəri, həm də praktiki təlimləri əhatə edir. Nəzəri təlimlər Xəzər-Qərb Tədris Mərkəzinin təcrübəli müəllimi İlqar Quliyev tərəfindən, praktiki təlimlər isə yüz faiz sığorta edilmiş avtomobillə həyata keçirilib. Hər bir təlim iştirakçısına pulsuz zəruri metodiki vəsaitlər paylanılıb. Təlimlərdən sonra hər bir layihə iştirakçısı Dövlət Yol Polisi İdarəsinin təşkil etdiyi imtahanda müstəqil olaraq iştirak edəcəklər.
Cavid
Qırmızı işıqdan yayınan sürücü əks yola çıxıb qarşıdan gələnlərə maneə yaratdı - VİDEO
Bütün sürücülər qaydaları ondan öyrənib: "40 manat cərimə olunmuşam" - VİDEO
Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər - VİDEO
Tıxacda qalmamaq üçün sağ zolağa keçən sürücü avtomobillərin yolunu kəsdi - VİDEO
Əks istiqamətə çıxıb yolu kəsən sürücü 150 manatlıq qayda pozdu - 10-OJ-999 - VİDEO
Prospektdə “BYD” sürücüsü yolu “yarış zolağına” çevirdi - 90-YC-116 - VİDEO
Öz “qaydaları” ilə hərəkət edən sürücü əks yola çıxıb qırmızı işıqda keçdi - VİDEO
Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - VİDEO
Bakıda maşında yüksək səslə mahnı dinləmək qadağandır? - Vəkil açıqladı
Bakıda təhlükə saçan avtobus sürücüsü: Əvvəl sıxışdırdı, sonra qırmızıda keçdi - VİDEO
Sarı işığın mənasını bilməyən sürücü 100 manatlıq qayda pozdu - VİDEO
































