Özbaşınalıq: Bakıda piyada yolunda kafe açdılar – FOTOLAR

Bakıda pul qazanmaq istəyən şəxslərin müxtəlif cür özbaşınalıqlarının şahidi olmuşuq. Növbəti özbaşınalıqda isə paytaxt Bakıda, şəhərin düz mərkəzində qarşılaşdıq. Musavat.com xəbər verir ki, şəhərin mərkəzində piyadalar üçün nəzərdə tutulan səki kafe sahibləri tərəfindən zəbt edilib. Hazırda piyadaların istifadəsi üçün nəzərdə tutulan səkidə masalar qoyulub, kafenin müştərilərinə xidmət göstərilir. Söhbət paytaxtın düz mərkəzində “28 May” metrosunun yaxınlığında Dilarə Əliyeva küçəsindəki kafelərdən birinin sahibinin tutduğu əməldən gedir. Dilarə Əliyeva küçəsində Səməd Vurğun bağının yanında piyadaların hərəkəti üçün iki səki salınıb. Səkinin bir hissəsi həmin küçədə olan kafe tərəfindən bağlanıb. Ehtimal ki, kafe sahibi piyadalar üçün iki səkinin çox olduğunu düşünüb. Buna görə də birini zəbt edib. Hazırda kafenin fəaliyyəti piyadaların hərəkətinə mane olur. Səməd Vurğun parkından yolu keçən piyadalar kafenin yeni zəbt edilən hissəsinə çıxırlar. Sakinlər isə vəziyyətdən narazıdırlar. Səkidən istifadə etmək istəyən piyadalar məcburən ya kafenin qarşısından keçəlidir, ya da yolu dəyişərək əks istiqamətdən yola davam etməlidirlər. Yaxınlıqdakı binanın sakinləri isə kafenin səs-küyündən narahatdır.
Maraqlıdır, paytaxtın mərkəzi hissəsində olan bu özbaşınalıq müvafiq qurumların nədənsə diqqətini çəkmir.
Sirr deyil ki, Bakıda daşı-daş üstünə qoymaq icra hakimiyyətlərinin icazəsi olmadan əlbəttə mümkün deyil…
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT














