Özünü yol polisinə oxşadan şəxslər 6800 manat cərimələndi - VİDEO
Türkiyənin Eskişehir şəhərində iki nəfər park edilmiş avtomobili səyyar radar kimi təqdim etdiklərinə görə yüksək məbləğdə cərimələnib.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin dairəvi yolunda baş verib. Park etdikləri nəqliyyat vasitəsinə sayrışan işıq quraşdıraraq polisin sürət həddi yoxlaması aparması görüntüsü yaratmağa çalışıblar. Onlar bu yolla sürücülərə psixoloji təsir göstərmək və rəsmi qurum əməkdaşları təəssüratı formalaşdırmaq istəyiblər.
Hadisə sakinlər tərəfindən mobil telefonla lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Görüntülərin qısa zamanda yayılmasından sonra Eskişehir Polis İdarəsi tərəfindən araşdırma aparılıb və avtomobildə olan şəxslərin kimliyi müəyyən edilib.
Məlumata görə, “qanunvericiliklə icazə verilməyən nəqliyyat vasitələrinə sayrışan və ya səs siqnalları olan qurğuların quraşdırılması və istifadəsi” maddəsi ilə 173 min 392 türk lirəsi (6 min 755 manat) məbləğində cərimə ediliblər. Bundan əlavə, nəqliyyat vasitəsi müsadirə olunub və faktla bağlı istintaq hərəkətlərinə başlanılıb.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, xüsusi təyinatlı nəqliyyat vasitələrinə məxsus işıq və səs siqnallarının qanunsuz istifadəsi ciddi inzibati məsuliyyət yaradır.
Eltac Zülfüqaroğlu
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












