Parkinqlərdə ödəniş edən sürücülər buna mütləq əməl etsin: 15 dəqiqə vaxtınız var - VİDEO

Paytaxt ərazisində fəaliyyət göstərən parkinqlərdə sürücülərin davranışları nəticəsində tez-tez sıxlıq müşahidə olunur. Avtosfer.az xəbər verir ki, sürücülər parkinqdən çıxış zamanı ödəniş üçün şlaqbaumun yanında dayanırlar. Bu isə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yaradır.
Qeydə alınmış videodan da görünür ki, eyni vaxtda bir neçə sürücünün ödəniş üçün dayanması uzun növbəyə səbəb olub. Problemin əsas mənbəyi sürücülərin onlayn ödəniş imkanlarından xəbərsiz olmasıdır. Halbuki, parkinqlərdə ödənişi əvvəlcədən onlayn şəkildə etmək və ya çıxışdakı terminal vasitəsilə rahatlıqla həyata keçirmək mümkündür.
Qeyd edək ki, ödəniş edildikdən sonra sürücüyə parkinqi tərk etmək üçün 15 dəqiqə vaxt verilir. Lakin əksər sürücülər bu barədə məlumatsız olduqları üçün düşünürlər ki, ödəniş edildikdən dərhal sonra ərazini tərk etməlidirlər. Bu yanlış təsəvvür nəticəsində onlar şlaqbaumun qarşısında dayanaraq həm özlərinə, həm də digər sürücülərə çətinlik yaradırlar.
Fərid
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO












