Polisdən qaçan sürücü şəhər kamerası ilə tapılıb həbs edildi

Sürücülük hüququ olmadan avtomobil idarə edən və polisin qanuni tələbinə məhəl qoymayan sürücü həbs edilib.
Avtosfer.az xəbər verir ki, noyabrın 25-i paytaxtın Tbilisi prospektində hərəkət edən 99-PJ-339 qeydiyyat nişanlı "Lada Vesta" markalı avtomobilin sürücüsünə yol polisləri tərəfindən saxlama işarəsi verilib. Lakin sürücü verilən göstərişə məhəl qoymayaraq polisdən qaçmağa nail olub.
Dövlət Yol Polisi əməkdaşları tərəfindən təhlükəsiz şəhər kamerası vasitəsilə aparılan axtarış nəticəsində məlum olub ki, həmin sürücü Nəsimi rayonu Asif Məhərrəmov küçəsindədir. Sürücü orada dayandırılaraq törətdiyi xətalar, o cümlədən avtomobilin üzərində ödənilməyən 1360 manatın olduğu ona bildirilir. Lakin sürücü müxtəlif bəhanələr gətirərək avtomobili polis əməkdaşlarına verməkdən imtina edib və onların qanuni tələblərinə əməl etməyib.
Sürücü tabesizlik göstərdiyi üçün Çevik Polis Alayı əməkdaşlarının vasitəsilə Nəsimi rayon 19-cu Polis Bölməsinə təhvil verilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, 19-cu polis bölməsində sürücü Əmirli Samir Aqil oğlu barəsində tərtib edilmiş protokol və toplanılmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib. Noyabrın 26-ı tarixində keçirilən məhəkəmədə Əmirli Samir Aqil oğlu barəsində 20 gün müddətinə inzibati həbs qərarı verilib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












