Polisdən qaçan sürücü süni tıxacla dayandırılıb həbs edildi - FOTO

Oktyabrın 6-ı paytaxtın Ceyhun Səlimov küçəsində 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozan 10-SZ-630 qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobilin sürücüsü həbs olunub. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib Bildirib ki, sürücü Xudayarov Etibar Sabir oğlu idarə etdiyi avtomobillə yol hərəkəti qaydasını pozduqdan sonra yol patrul xidməti əməkdaşları ona saxlama barədə göstəriş verb. Lakin sürücü polis əməkdaşlarından qaçmağa çalışıb. Yaradılan süni tıxac vasitəsi ilə sürücü saxlanılaraq əraziyə Post Patrul Xidməti əməkdaşları dəvət olunub və sürücü ərazi aidiyyəti üzrə 20-ci polis bölməsinə təhvil verilib. Polis bölməsində toplanılmış materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Oktyabrın 7-i məhkəmənin qərarı ilə sürücü Xudayarov Etibar Sabir oğlu 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Təbriz
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO











