Polisdən qaçan yük avtomobili sürücüsü süni tıxacla dayandırılıb həbs edildi - FOTO

Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, paytaxtın Heydər Əliyev prospektində hərəkət edən 90-JU-701 qeydiyyat nişanlı "XCMG QY25K II" markalı xüsusi təyinatlı yük avtomobilinin sürücüsünə Yol Patrul Xidməti əməkdaşları tərəfindən dəfələrlə saxlama işarəsi verilib. Lakin sürücü buna məhəl qoymayaraq hərəkətinə davam edib. Qarşıda süni tıxac yaradaraq sürücünü dayandırdıqdan sonra o, yenə də polisin qanuni tələbinə tabe olmaqdan boyun qaçırıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sürücü Salmanov Tural Salman oğlu ərazi aidiyyəti üzrə Suraxanı rayon 31-ci Polis Bölməsinə təhvil verilib. Onun barəsində toplanılmış materiallar məhkəməyə göndərildikdən sonra İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 gün müddətinə inzibati qaydada həbs qərarı verilib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












