Qələbə xəbərini qeyd edən sürücülərin diqqətinə - VİDEO

Bildiyimiz kimi rəşadətli Azərbaycan Ordusu noyabrın 8-də tarixi şəhərimiz olan Şuşa şəhərini işğaldan azad etdi. Bu xəbər həm Azərbaycanın hüdudlarında yaşayan həmvətənlilərimiz tərəfindən, həm də bütün şəhər və rayonlarımızda yaşayan sakinlər tərəfindən yüksək sevinclə qarşılandı.
Avtosfer.az xəbər verir ki, Xırdalan şəhərində bu sevinci yaşayan sürücü və sərnişinlər avtomobillərdən bayraq asaraq küçələrdə yürüş ediblər. Bu cür sürücülərdən biri həmin yürüşə fərqli üsulda qoşulub. Belə ki, "Tofaş" markalı avtomobilin sürücüsü sərnişinləri yük yerində apararaq "Qarabağ Azərbaycandır"- şüarını səsləndiriblər. Onların sevincinin hansı həddə olmasını təbii ki, anlayarıq. Lakin bu cür təhlükəli hərəkətlər etməklə həm öz həyatlarını, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmış olurlar.
Qarşıda bizi gözləyən qələbə xəbərlərinin olmasını nəzərə alaraq hərəkət iştirakçılarına tövsiyə edirik ki, sevinc hisslərini təhlükəli hərəkətlərlə nümayiş etdirməsinlər.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












