Qiymətə görə daha «dil tökməyəcəyik» - taksi xidmətində yeni standartlar

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 425-2015 "Sərnişin stansiya qurğuları və avtomobilləri" dövlət standartı təsdiq edilib. Komitədən verilən məlumata görə, bu standart "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2015-ci il tarixli 588 nömrəli fərmanının 7-ci bəndinin ("Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görsün") icrası məqsədilə 5 il öncə qəbul edilmiş "Sərnişin stansiya qurğuları və avtomobilləri" standartına əlavə dəyişikliklər edilərək təsdiq edilib. Ekspert Azər Allahverənov milli.az-a bildirib ki, yeni standartlar taksi xidməti sahəsində bəzi dəyişikliklərə gətirib çıxaracaq: "Bu gün ictimai nəqliyyatda bir nizamsızlıq hökm sürür və bunu şərtləndirən bir sıra amillər var. Amma yeni standartlardakı elementlər ümumən vəziyyətə müsbət təsir edə bilər. Məsələn, əsgərlikdən gələn gənc gedib bankdan kredit götürüb bir maşın alırdı, lisenziyasını alıb vergisini ödəyib taksi fəaliyyəti ilə məşğul olmağa başlayırdı. Göstərilən xidmətin özü istənilən səviyyədə deyildi, standart və normativlərdən kənar idi.
Digər tərəfdən, taksi sürücüsü ilə sərnişin arasında gediləsi ünvana qədər nə qədər ödənilməsinə dair danışıq gedir və axırda razılıq əldə olunur. Amma bu, həm də dəllallıq üçün zəmin yaradır. Yəni taksometrlərin quraşdırılması bu məsələni birdəfəlik aradan qaldıracaq və hər şey tam şəffaf olacaq. Bu halda nə sürücü sərnişini aldada, nə də sərnişin sürücünün haqqını kəsə bilmir.
Taksilərin vahid rəng forması da mühüm əhəmiyyət kəsb edir. Əvvəllər isə müxtəlif rənglər müəyyən edilmişdi, onlar ləğv olundu və vahid rəng forması təsdiq olundu. İndi insanlar hər yoldan keçən maşına yox, konkret rəngdə taksiyə əyləşəcəklər.
Bundan əlavə, taksinin iç tərtibatı məsələsinə toxunulub. Taksinin içində onun məxsus olduğu şirkətin adı, ünvanı, əlaqə telefonlarının, eləcə də sürücünün şəkli, adı, soyadının və s. məlumatların göstərildiyi informasiya lövhəsi olacaq. Bu da təhlükəsizlik baxımından vacib məsələdir.
Bundan əlavə, artıq taksi fəaliyyətinə cəlb edilən avtomobillər üçün maksimum 15 il istismar müddəti nəzərdə tutulur. Hətta taksi sürücülərinin 2 illik sürücülük təcrübəsinə malik olması, onların xüsusi hazırlıq keçməsi, sənədlərinin qaydasında olması da işin xeyrinə olan məsələlərdir".
Ekspert hesab edir ki, qəbul edilən yeni standartlar ümumən bu sahədə nizamsızlığın aradan qaldırılması, göstərilən xidmətin keyfiyyətinin və təhlükəsizliyin artırılması məsələlərini əhatə edir: "Düşünürəm ki, onların tətbiqi zamanı ortaya təkmilləşdiriləsi hələ çox şeylər çıxacaq. İndi taksi fəaliyyəti üçün lisenziyalar da məhz bu standartların tətbiqi ilə verilə bilər. Məsələn, əgər nəqliyyat vasitəsi 20 il əvvəl Almaniyada istehsal olunubsa, təbii ki, ona lisenziya verilməyəcək. Lisenziyanın verilməsi də bu məsələlərə nəzarətin bir forması olacaq".
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO
Yol polisi Lənkəranda narkotik istifadə edən sürücüləri aşkarladı - FOTO
Səbəbsiz yerə sol zolağa keçən sürücü təhlükə yaratdı - VİDEO










