Rayon avtomobilləri cərimələnəcək? - VİDEO

Rayon qeydiyyatli avtomobillərin paytaxta girib-girməyəcəyi ilə bağlı artıq qərar verilib. Məlumatı olmayanlar üçün qeyd edək ki, rayonlardan gələn avtomobillərin şəhərə girişində müəyyən məhdudiyyətlər olacaq. Belə bir sual yarana bilər ki, bəs icazə verilən vaxt şəhərə girib qalan rayon qeydiyyatli avtomobillər şəhər mərkəzində gündüz vaxtı aşkarlandıqda necə olacaq? Həmin avtomobillərin sürücüləri cərimələnəcək, yoxsa şəhərdən çıxarılacaq?
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyulacaq. Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin paytaxta girişi mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılacaq. Bu məhdudiyyət rayon qeydiyyatlı minik avtomobillərinə də şamil ediləcək.
Belə olduqda bir sual yaranır. Əgər həmin sürücü məhdudiyyətdən sonra şəhərə gəlib, qohumunun evində qalıb səhər rahat şəkildə şəhərdə şəxsi minik avtomobili ilə hərəkət edəcəksə bu da əlavə tıxac yaratmayacaqkı? Sözsüz ki, rayonlardan gələn bir çox sürücü də məhz bu addımı atacaq.
Bəs belə olduğu halda yol polisi nə edəcək? Aşkar edilən sürücüləri bir-bir şəhərdən çıxarmağın mümkünsüz olduğunu nəzəra alsaq, çıxış yolu kimi yalnız həmin sürücüləri cərimələmək qalır. Qanunvericilikdə necə, bu, mümkündürmu ?
Məslə ilə bağlı sürücülərin də fikirlərini öyrəndik. Onlar belə olduğu halda şəhərdə tıxacın azalmasını düşünmürlər.
İndi xüsusən də rayonlardan gələn sürücüləri düşündürən məsələ onların belə odluğu halda cərimələnib cərmələnməyəcəyi ilə bağlıdır. Baş Dövlət Yol polis idarəsinin ictimayətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, yaxın vaxtlarda Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası bu məsələ ilə bağlı yekun qərar verəcək. Qərar necə olacaqsa, yol polisi də buna uyğun addım atacaq.
Svetofor nasaz olduqda sürücülər hansı qaydalara əməl etməlidir?
Gədəbəydə polisdən böyük əməliyyat - Özbaşınalıq edənlər saxlanıldı - VİDEO
Maşını düzgün park etməmisən? – CƏBHƏYƏ GET
Əks yola çıxan sürücü motosikletçini təhlükə ilə üz-üzə qoydu - VİDEO
Gəncənin bu küçəsində bəzi sürücülər "at oynadır" - VİDEO
Səfirliyə məxsus “Audi” qəfil manevrlə qəza şəraiti yaratdı - VİDEO
Bibiheybət yolunda sürücülər cərimələnir: Səbəb budur - FOTO
Ölümlə nəticələnən qəzaya görə neçə il həbs düşür? - Sərxoş sürücülərə ağır cəza
Sürücü və sərnişin növbə ilə yolu zibillədi – İrada isə görün necə cavab verdilər - VİDEO
Yolayrıcına təhlükəli şəkildə girən sürücü qəza şəraiti yaratdı - VİDEO
Bu sürücüləri 100 manat cərimə gözləyir - Səbəb açıqlandı










