Rayondan gələn yalnız bu maşınların Bakıya girişinə icazə veriləcək - VİDEO

Rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı qayda şəhərin cənub və şimalında duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcək, bu avtomobillər sentyabrın 15-dən Bakıya buraxılmayacaq. Bu barədə baş nazirin müavini Abid Şərifov bildirib.
A.Şərifov deyib ki, bəzi ekspertlər rayonlardan minik avtomobillərinin Bakıya yalnız axşam saatlarında gəlməsi ilə bağlı təklfi bəyənmirlər: “Amma bunun iqtisadi tərəfinə baxmaq lazımdı. Tutaq ki, köhnə "Jiquli" minik avtomobili ilə Bakıya gəlirik. Nə kondisioneri var, filan qədər benzin işlədir, amortizatordan isə danışılası deyil. Yayın istisində otururuq bu maşına, 3-4 uşaqla 4-5 saata Bakıya gəlirik. Halbuki o insanlar avtobusla paytaxta gəlsələr, bu qədər xərcə, əziyyətə düşməzlər. Avtobusla Bakıya gəlmək 2 dəfə ucuz başa gəlir. İkincisi, təhlükəsizlik ən önəmli məsələdir. Əhalisi Azərbaycanla müqayisə olunacaq istənilən Avropa ölkəsini, yaxud elə İsraili götürək. İsraildə 1 ildə avtomobil qəzasında 190-200 nəfər həyatını itirir, Azərbaycanda 1300 nəfər yol qəzalarının qurbanı olur, İsraillə müqayisədə 4 dəfə çox da insan isə xəsarət alır, şikəst olur. Təəssüf ki, heç birimiz bunu düşünmürük. İnsan sağlamlığı hər şeydən önəmlidir”.
Yük avtomobillərinin axşam saatlarında paytaxta daxil olması barədə tələbə toxunan A.Şərifov qeyd edib ki, Bakıda yaşayanların 10 dəqiqəlik yolu 1 saata qət etməsi ciddi narahatlıq doğurur: “Bakıda 3,5 milyon insan yaşayır, bəziləri evindən işə 10 dəqiqəlik yolu 1 saata gedir. Təcili yardım maşınlarının hərəkəti də mümkün olmur. Biz də deyirik ki, yük avtomobilləri Bakıya axşam saatlarında gəlsin. Axşam yolla hərəkət etməyin təhlükəli olduğunu deyirlər. Burada xətalı nə var? Mən burada problem görmürəm”.
Rayonlardan gələn, xəstə insanların olduğu minik avtomobillərinə gəlincə, A.Şərifov bildirib ki, yol polislərinə tapşırıq verilib ki, xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasında heç bir problem olmasın: “Bu sahədə heç bir problem ola bilməz. Sadəcə, ilk növbədə insanların sağlamlığını düşünməliyik. Bütün gün yollardakı problemlərdən danışırıq. Kim deyir ki, paytaxta giriş bağlıdır? Bu, səhv düşüncədir. Kim istəyir, minik avtomobili ilə axşam, ya da avtobusla gündüz gəlsin. Ya da minik avtomobilini şəhərin cənub, yaxud şimal çıxışında duracaqda qoyub, şəhərə avtobusla, metro, taksi ilə gündüz gəlsin. Bununla bağlı 3 duracaq olacaq, bu duracaqlardan 2-si sentyabrın 15-dək istifadəyə veriləcək. Bu duracaqda tam şərait var, duracaqlar pulsuz fəaliyyət göstərəcək. Avtobusla şəhərə gəlsinlər, işlərini görüb, geri qayıtsınlar. Bunun nəyi pisdir? Kimsə mənə izah edə bilərmi ki, biz kimisə narahat edirik? Sadəcə, insanların təhlükəsizliyini, rahatlığı barədə düşünürük”.
A.Şərifov rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı tələbin sentyabrın 15-dən, duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcəyini də nəzərə çatdırıb.
Bununla yanaşı Bakı küçələrində ictimai və operativ nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı yaradılacaq. Xüsusi hərəkət zolağı bir iki zolaqlı yollarda tətbiq olunmayacaq. Baş nazirin müavini Abid Şərifov yeniliklərin paytaxt yollarındakı ağır qəzaların qarşısını alacağını və vətəndaşlara təcili yardım, polis, fövqəladə hallarla bağlı operativ xidmət göstərilməsinə şərait yaradacağını vurğulayıb.
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO
Yol polisi Lənkəranda narkotik istifadə edən sürücüləri aşkarladı - FOTO
Səbəbsiz yerə sol zolağa keçən sürücü təhlükə yaratdı - VİDEO










