Sabirabadın giriş-çıxışlarında postlar quruldu

Karantin rejimi ilə əlaqədar Sabirabadda polis şöbəsi və Daxili Qoşunların əməkdaşları tərəfindən reydlər keçirilir. Avtosfer.az verir ki, Sabirabad polis şöbəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Aqşin Tağıyev bildirib ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən oktyabrın 14-də saat 00:00-dan etibarən Sabirabad şəhərinə, rayonun Cavad, Türkədi, Qalaqayın və Kürkəndi kəndlərinə giriş-çıxışlar məhdudlaşdırılıb.
Rayon ərazisində 9 stasionar post və 5 marşrut üzrə piyada postları yaradılıb.
Sabirabad Rayon Polis Şöbəsinin, həmçinin ətraf rayon polis şöbələrinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən operativ və xüsusi nəqliyyat vasitələri, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.
Bundan əlavə şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur.
Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır. Edilən xəbərdarlıqlara və aparılan maarifləndirici söhbətlərə baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Nərminə
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












