Səkidə avtomobil saxlayanlara qanunun tələbi – FOTO

Bakıya yağış yağdıqdan sonra piyadaların hərəkətində ciddi maneələr yaranır. Belə ki, yollarda olan bir çox problemlərlə bərabər, səkilərdə park edilən avtomobillər də piyadalar üçün növbəti maneəyə çevrilib. Səkilərdə maşınlarını park edən sürücülərin sayəsində piyadalar avtomobil yoluna keçirlər ki, bu da ən yaxşı halda onların yanlarından keçən nəqliyyat vasitəsinin təkərlərindən çıxan palçıqlı su ilə islanmaları ilə nəticələnir. Pis halda isə piyadanı maşın vurur. Səkidə avtomobil saxlayan sürücülər, görünür, xəbərdar deyillər ki, piyadanın yolunda bir dəqiqəlik belə olsun dayanmaq qayda pozuntusudur. Sürücü piyadadan onun yoluna çıxmamağı tələb etdiyi kimi, piyada da qanunla sürücüdən öz haqqını tələb edə bilər. Hazırda paytaxtımızda 70-ə yaxın küçə və prospektdə hərəkəti tənzimləyən 300-dən artıq parkomatlar quraşdırılıb ki, bunun da nəticəsində avtomobillərin park edilməsinə tam şərait yaradıb. Eyni zamanda avtomobillərin park edilməsi üçün xeyli sayda yeraltı çoxmərtəbəli duracaqlar da fəaliyyət göstərir. Lakin buna baxmayaraq, sürücülər ödənişli parkamotlardan istifadə etməkdənsə, piyadaların yolunda avtomobil saxlamağı daha üstün tuturlar.
Məsələ ilə bağlı musavat.com-a danışan ekspert Ərşad Hüseynov bildirib ki, səkidə avtomobil saxlayan şəxslər qanunla 20 manat cərimə olunur: “Eyni zamanda əgər həmin avtomobil təxliyə olunursa, dayanma-durma qaydasını pozduğuna görə sürücü inzibati məsuliyyətə cəlb olunur. Təxliyə olunduğu zaman 20 manat cərimədən əlavə, təxliyə haqqı da ödənilməlidir".
Eyni zamanda onu da qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 52, 53-cü maddələrində bu açıq şəkildə qeyd olunub.
Qanunun 53-cü maddəsində deyilir:
I. Nəqliyyat vasitələrinə xüsusi olaraq ayrılan, nişanlarla və ya nişanlama xətti ilə işarələnən yerlərdə parklanmağa icazə verilir.
II. Yol hərəkətinin təhlükəsizliyini təmin etməyən yerlərdə və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin parklanması qadağandır.




Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












