Sumqayıtdakı dəhşətli qəzanın sürücüsü tutuldu - 13 ilədək həbs

Sentyabrın 17-də Bakı- Sumqayıt yolunun Ceyranbatan su anbarının yaxınlığında 3 nəfərin ölümü, 10 nəfərin xəsarət almasına səbəb olan sürücüsü həbs edilib. Avtosfer.az xəbər verir ki, bunu anspress-ə Baş Dövlət Yol Polisi İdarəsinin müstəntiqi, polis mayoru Cəsarət Bayramov deyib. Onun sözlərinə görə, hadisəni törədən sürücü qəza vaxtı beyninə qan sızdığı üçün uzun müddət xəstəxanada müayinə edilib: “Hazırda onun vəziyəti normal olduğu üçün 1988-ci il təvəllüdlü Baloğlan Güloğlan oğlu Ağakişiyev Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə təqsirləndirilərək barəsində Abşeron rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib”.
Müstəntiqin sözlərinə görə, Baloğlan Ağakişiyev sürücülük vəsiqəsində "D" kateqoriyası olmadan mikroavtobusu idarəetmə, sükan arxasında yuxulama, sürət həddini aşmayə görə təqsirli bilinir ki, belə olan halda ona, 10 ildən 13 ilə qədər həbs cəzası verilə bilər. Sürücünün iki azyaşlı övladı var.
Xatırladaq ki, Bakı- Sumqayıt yolunun Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılmış, nəticədə 3 nəfər dünyasını dəyişmiş, 9 nəfər xəsarət almışdı. Yaralılardan iki nəfərin ayağını dəmir məhəccər qoparmışdı. Hadisə baş verən zaman ilkin ehtimal olaraq yüksək sürət və sürücünün sükan arxasında yuxulaması göstərilmişdi.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












