Sürücülər bu yolu dairə bilib səhvə yol verir – DİQQƏT! - VİDEO

Paytaxtın Yasamal rayonunda sürücüləri çaşdıran bir ərazi var ki, burada bir çox hallarda qəzaların baş verməsinin şahidi oluruq. Belə ki, Hüseyn Cavid prospektində, “Space” radiosunun yaxınlığında, əvvəlki “Əzizbəyov heykəli”nin yanındakı yol dairəyə bənzəsə də, əslində dairə hesab edilmir. Bunun əsas səbəbi həmin hissədə dairə nişanının olmamasıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov məlumat verib.
Onun sözlərinə görə, sürücülər bu hissəyə yaxınlaşarkən çox vaxt buranı dairə kimi qəbul edir və buna uyğun hərəkət edirlər. Halbuki dairə işarəsi olmadığından, burada dairənin ümumi qaydaları keçərli deyil.
Aqil Rəhimov bildirir ki, təhlükəsizliyi qorumaq üçün həmin əraziyə daxil olarkən sağ zolaqda hərəkət etmək daha məqsədəuyğundur. Bu, xüsusilə soldan gələn və yolu dairə kimi zənn edən sürücülərlə qarşıdurma ehtimalını azaldır:
“Bəzi sürücülər elə bilirlər ki, onlar dairədədirlər və üstünlüyə malikdirlər. Halbuki bu ərazi dairə deyil. Ona görə də sağ zolağı seçmək həm özünüzü, həm də digər hərəkət iştirakçılarını qorumaya kömək edir,” – deyə Rəhimov vurğulayıb.
Məşqçi əlavə edib ki, qeyd edilən nöqtədə nişanlanmanın olmaması hərəkət iştirakçıları üçün çaşqınlıq yaradır və bu səbəbdən sürücülər daha ehtiyatlı olmalı, vəziyyəti düzgün qiymətləndirməlidirlər.
Eltac Zülfüqaroğlu
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












