Avtobuslarla minik avtomobilləri bu nöqtədə tez-tez toqquşur - Səbəb bu imiş - VİDEO

Paytaxtın Azadlıq prospektində hərəkətin təşkilində olan problemlər qəzalara səbəb olur. Bu barədə sürücülərdən biri redaksiyamızın qaynar xəttinə müraciət ünvanlayıb. Onun sözlərinə görə, binanın həyətindən prospektə çıxan sürücülər avtobuslarla toqquşurlar. Bunun isə bir neçə səbəbi var. Əsas səbəblərdən biri yolun kənarında yerləşən ağaclardır. Həmin ağacalar həyətdən çıxan sürücülərin görünüşünü məhdudlaşdırır və yaxınlaşmaqda olan avtobusları görünməz edir. Bu səbəbdən sürücülər məcburi şəkildə avtobus zolağına tam şəkildə çıxmalı olurlar. Belə olan halda isə qəza qaçılmaz olur.
Avtosfer.az xəbər verir ki, hadisələrin qarşısını almaq üçün hərəkətin təşkilinə yenidən baxılmalıdır. Belə ki, həm görünüşü məhdudlaşdıran ağaclar budanmalı, həm də təhlükəsizliyi təmin etmək üçün sürücülərin avtobus zolağına dönməklə yola çıxmasına icazə verilməlidir. İndiki halda avtobus zolağına dönmək qadağan edildiyi üçün sürücülər birbaşa ikinci zolağa dönməli olurlar.
Ümid edirik ki, tez bir zamanda ərazi müayinə ediləcək və sürücülərə təhlükə yaradan məsələlər öz həllini tapacaq.
Fərid
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO
Xırdalanda sürücü avtobus zolağı ilə kefinə uyğun hərəkət etdi - VİDEO
Düzünə hərəkət olan zolaqdan geriyə dönən sürücü hərəkətə mane oldu - VİDEO
Hər ikisi qaydanı pozub qəzaya səbəb oldu - ANBAAN VİDEO
Diplomatik toxunulmazlıq qayda pozmağa əsas verirmi? - FOTO
Döngədə təhlükəli ötmə edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO












