Banner

Əhmədlidə obyekt tikintisi zamanı 5 ağac betonun içində qalıb – VİDEO

Gündəm 5 Noyabr 2026 11:30
Əhmədlidə obyekt tikintisi zamanı 5 ağac betonun içində qalıb – VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın “Əhmədli” metrosunun yaxınlığında, Ukrayna dairəsi istiqamətində aparılan tikinti işləri diqqət çəkib. Belə ki, ərazidə inşa edilən obyektin daxilində beş iri gövdəli ağacın saxlanıldığı, lakin onların dibinin betonla örtüldüyü görünür.

Avtosfer.az xəbər verir ki, ərazidən çəkilən görüntülərdə ağacların tikilinin daxilində qaldığı aydın görünür. Ağacların ətrafının betonlanması isə onların gələcək vəziyyəti ilə bağlı narahatlıq yaradıb.

Məsələ ilə bağlı bir sıra suallar ortaya çıxır: Obyektin tikintisinə hansı qurum tərəfindən icazə verilib? Tikinti layihəsində mövcud ağacların qorunması nəzərdə tutulubmu? Ağacların dibinin betonla örtülməsi onların normal inkişafına və yaşamasına necə təsir edəcək?

Xüsusilə qeyd etmək lazımdır ki, ağacların qorunması zamanı yalnız gövdələrinin saxlanılması kifayət deyil. Onların kök sisteminin hava və su ilə təmin olunması, torpaq sahəsinin qorunması da vacibdir. Ağacların ətrafının betonla örtülməsi isə köklərin inkişafına mənfi təsir göstərə bilər.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://bax.tv/sosial-xeberler/ehmedlide-obyekt-tikintisi-zamani-5-agac-betonun-icinde-qalib-228529

 

 

Oxunub : 294
ŞƏRH YAZ
Ad

E-mail

Şərh