Sürücülərin bilmədiyi məqam: Bu cür qəzalarda günahsız sayılırsınız

Avtomobil sürücüləri bəzən yollarda nəzarətsiz buraxılmış xırda və iribuynuzlu heyvanlarla toqquşaraq yol nəqliyyat hadisəsi keçirirlər. Belə olan halda isə kimin günahkar olduğunu bilmədikləri üçün hüquqi problemlə qarşılaşırlar. Bu cür yol nəqliyyat hadisələrində mal-qara sahibləri yaralanmış və hətta ölmüş heyvanın pulunu tələb edirlər. Sürücü isə öz hüquqlarını bilmədiyi üçün dəymiş maddi ziyanı ödəyərək məsələdən yaxa qurtarmaq istəyir. Bəs əslində bu prosedur necə olmalıdır?
Avtosfer.az xəbər verir ki, bu cür yol nəqliyyat hadisələrində bir başa mal-qara sahibləri məsuliyyət daşıyırlar. “Yol Hərəkəti Haqqında Qanun”un 47-ci maddəsində qeyd olunub ki,
1.Mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər.
2. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, mal-qaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun.
3. Mal-qaranı yolda nəzarətsiz qoymaq qadağandır.
4. Mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır.
Qanunun bu tələbinə görə məsuliyyəti bir bir başa mal-qara sahibləri daşıyır. Sürüclər yolda nəzarətsiz buraxılmış heyvanlarla toqquşduqda dərhal polisə məlumat verməli və daha sonra avtomobilə dəymiş maddi ziyanı mal-qara sahibindən tələb etməlidir.
Təbriz
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












