Taksi sürücüləri müayinədən keçmirlər - VİDEO

Avtobus sürücülərindən fərqli olaraq taksi sürücüləri gündəlik tibbi müayinədən keçmirlər. Belə vəziyyət isə sərnişindaşıma zamanı müəyyən problemlərə gətirib çıxarır. Bəs istər fərdi taksi fəaliyyəti ilə, istərsə də şirkət tərkibində çalışan taksi sürücülərini tibbi müayinədən keçməməyə görə hansı cəza gözləyir?
Söhbət taksi sürücülərindən gedir. Gündəlik sərnişin daşıyan bu sürücülərin tibbi müayinədən keçib-geçmədiklərini örgənmək üçün fərdi taksi fəaliyyəti ilə məşğul olan bir neçə taksi sürücüsü ilə həmsöhbət olduq.
Ekspert Ərşad Hüseynov deyir ki, istənilən halda sərnişindaşıma ilə məşğul olan bütün sürücülərin gündəlik tibbi müayinədən keçmələri daha məqsədə uyğun olar. Ancaq, Nazirlər Kabinetinin Reysqabağı Tibbi Müayinəyə dair qərarına əsasən, fərdi taksi fəaliyyəti ilə məşğul olan sürücülərin tibbi müayinədən keçməsi məcburi deyil. Lakin taksi şirkətləri onlarla əməkdaşlıq edən sürücülərin tibbi müayinədən keçmələrini təmin etməlidir.
Bu qaydaya əməl etməyən sahibkarlar isə yüksək miqdarda cərimələnə bilər.
Sürücülərin tibbi müayinəsini həyata keçirən tibb məntəqəsindən isə bildirilib ki, son 2 il ərzində heçbir taksi sürücüsü onlara müraciət etməyib.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












