Tanınmış aparıcının yolunu kəsən sürücü hərbiçi imiş – DYP araşdırmaya başladı - VİDEO

Ötən həftə aparıcı Vüsalə Əlizadənin qarşısını tanımadığı avtomobil kəsib. Bu barədə açıqlama verən aparıcı həmin şəxsin tapılması üçün polisə müraciət edib:
“Hava limanı yoluna çıxanda birinci zolaqdan işarə edib yol almaq istəyirəm, görün, başıma nə oyun açır, necə yolumu kəsir! Yolumu kəsməyi bəs deyil, əl-qol çıxarıb bağırır, təhqir edir! Avtomobildə tək olsaydım, mənə bu qədər təsir etməzdi. Anamı əməliyyatdan çıxarıb evə gətirirəm, ağrısı çox dəhşətlidir, dözə bilmir. Bu tərbiyəsiz kimdirsə yol hərəkəti qaydasını pozmağı bəs deyil, mənə də qəza şəraiti yaradır!
Ölkəmin polisinə güvənirəm, inanıram ki, şikayətimə tez bir zamanda baxılacaq”.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, televiziya aparıcısı Vüsalə Əlizadənin hava limanı yolunda qarşılaşdığı qayda pozuntusu ilə bağlı sosial media hesabından paylaşdığı müraciət əsasında araşdırma başlanılıb: “Ümumiyyətlə bilinməlidir ki, vəzifəsindən, statusundan, kimliyindən asılı olmayaraq yollarda hər bir şəxs yol hərəkəti iştirakçısı hesab olunur və “Yol hərəkəti haqqında” Qanunun tələblərinə birmənalı əməl etməlidir. Yollarda hamı biri-birinə hörmətlə yanaşmalı, biri-birinin hüquqlarını pozmamalı və özünü kimdinsə üstün hesab etməməlidir. Yollar əsəbləşəcəyimiz və ya əsəbimizi kobud qayda pozuntusu ilə ifadə edəcəyimiz yerlər deyil. Nəzərə almaq lazımdır ki, bu qayda pozuntusu nəticəsində hansısa bir yol nəqliyyat hadisəsi baş verə və ağır nəticələr ola bilərdi. Bir daha bütün sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, yollarda diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi əməl etsinlər”.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, “Mercedes” markalı, 90-FB-300 dövlət nömrə nişanlı avtomobilin sürücüsü hərbi qulluqçudur, hərbi hissələrin birində tağım komandiri vəzifəsində çalışır.
Elmin
Birbaşa əsas yola çıxan sürücü maşının qarşısını kəsib təhlükə yaratdı - VİDEO
İşıqforu heçə sayan sürücü dayanmadan keçdi - 99-OF-555 - VİDEO
Bakıda parklanma xaosu: Avtomobillər bir-birinin çıxışını çətinləşdirdi – VİDEO
Özünü maşınların önünə atan piyada təhlükəli anlar yaşatdı - VİDEO
Kəmər taxmır, əllərini də sükandan çəkib "Tiktok" üçün video hazırlayır - VİDEO
Bütöv xətti tapdalayan sürücü tuneldə də qayda tanımadı - VİDEO
Öz rahatlığını düşünən sürücü qaydaları kobud şəkildə pozdu - VİDEO
Sağlamlığı qaydasında olmayan ananın yoldakı faciəsi – Ərşad Hüseynov dəhşətli qəzanı şərh etdi - VİDEO
Sürücü zolaqları kəsə-kəsə ən sağa keçib təhlükə yaratdı - VİDEO
Necə gəldi ötmə edən sürücü dəfələrlə qəza təhlükəsi yaratdı - VİDEO
Yasamalda piyadaların yolunu kəsən sürücülər CƏRİMƏLƏNDİ - FOTO










