Tanınmış müğənni sükan arxasında görün nə etdi - VİDEO

Günay İbrahimli avtomobil idarə edərkən qaydaları kobud şəkildə pozub. Üstəlik bunu sosial şəbəkədə paylaşaraq izləyicilərinə də pis örnək olub.
Avtosfer.az bildirir ki, müğənni Günay İbrahimli yeni mahnısını izləyicilərinə nümayiş etdirmək üçün sükan arxasına əyləşib. Avtomobil hərəkətdə olarkən müğənni əllərini demək olar ki, çox az halda sükandan tutub. Fikri yoldan çox telefonda olan müğənni ən önəmlisi təhlükəsizlik kəmərini belə taxmayıb. Yeni mahnı deyəsən Günay İbrahimlinini çox həyəcanladırıb ki, yol hərəkəti qaydaları tamamilə onun yadından çıxıb. Tanınmış insanlar örnək olmalıdır anlayışına pis nümunə ola biləcək bu qayda pozuntusu izləyicilərin də nəzərindən yayınmayıb.
Qeyd edək ki, bu Günay İbrahimlinin ilk qayda pozuntusu deyil. O, tez-tez sükan arxasında belə videolar çəkərək qaydaları pozur.
Aysel
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO












