Təcili yardıma yol verməyi bu VİDEO-dan öyrənək

Azərbaycanda sürücülərin əksəriyyəti təcili yardım maşınına yol verməyin qaydalarını bilmir. Bilsələr də, əməl edən azdır. Avtosfer.az-ın təqdim etdiyi bu videogörüntü Polşada çəkilib. Təcili yardım avtomobili hərəkətin sıx olduğu bir vaxtda yola çıxır və görün necə rahat və maneəsiz hərəkəti davam etdirir. Sürücülər bir qayda olaraq avtomobili sağa-sola çəkərək təcili yardım avtomobilinə yol verir. Daha heç kim bizdəki kimi, təcili yardım maşınının qarşısında və ya arxasında gedib özünü göstərmir. Hamı bir nəfər kimi dərk edir ki, təcili yardım maşınında xəstə var və bir nəfərin yolu bağlaması nəticəsində o xəstə ölə bilər. Gəlin, biz də bu psixologiyanı dərindən dərk edək və qaydalara əməl edək.
Qaydalar demişkən, Azərbaycanda təcili yardım, polis və yanğınsöndürən avtomobilə yol verməməyə görə 100 manat və 3 cərimə balı nəzərdə tutulur. Cərimə bir yana, hər kəs insanlıq göstərməyi bacarmalıdır. Ən azından, qarşısını kəsdiymiz təcili yardım maşınında hər birimizin yaxınları ola bilər…
Elməddin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












